“Uşaqpulu” ilə bağlı daha bir açıqlama
Qarşıdan gələn yeni ildə diqqətdə olan bir çox ictimai məsələlərin həll edilməsi müzakirə mövzusudur. Bunlardan biri ailələrə veriləcək uşaqpulu ilə bağlıdır. Maraqlıdır, 2021- ci ildə ailələrə uşaqpulu veriləcəkmi?
Bununla bağlı deputat Razi Nurullayev açıqlama verib. O bildirib ki, uşaqpulu cəmiyyəti düşündürən məsələdir:
"Mən insanların bu tələbini haqlı sayıram. Bu ilə dövlət büdcəsi qəbul edilib və parlamentə göndərilib. Burada uşaqpulu ilə bağlı müddəa yoxdur. Yeni ildə uşaqpulunun verilməsi ilə bağlı məsələ gündəmdə deyil. Mart ayında, yaxud digər aylarda yenidən dövlət büdcəsinə dəyişikliklərlə bağlı sənəd parlamentə təqdim edilə bilər. Bu zaman müzakirə olunub, büdcəyə əlavə kimi sözügedən məsələ gündəmə çıxarıla bilər. Hələ ki, bununla bağlı konkret məsələ yoxdur. Yəni hazırkı qəbul etdiyimiz büdcədə uşaqpulu yoxdur.
Sabah dövlət büdcəsinin üçüncü oxunuşudur. Sosial müdafiə naziri Sahil Babayev, maliyyə naziri Samir Şərifov bizim qaldırdığımız məsələ ilə bağlı öz fikirlərini bildirə bilərlər. Düşünürəm ki, sabah hökümət üzvləri uşaqpulu ilə bağlı vəziyyətin necə olması barədə fikirlərini deyəcəklər. Mənim düşüncəm ondan ibarətdir ki, torpağımızı kasıb balaları aldı. Həmin uşaqlar hər gün doğulur və sabah Azərbaycanın üzərini qara buludlar alanda onlar yenə də Vətəni qorumağa gedəcəklər.
Gələcəyin əsgərlərinin anasından qiymətli xəzinəmiz yoxdur. Əgər biz maliyyəmizi bu xəzinəyə vermiriksə, onların sağlam böyüməsini istəmiriksə, daha nəyə verəcəyik? Bizim üçün lazım olan insan faktorudur". //Sonxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2020, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2020, 10:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti