Vergi Məcəlləsində dəyişiklik edilib - koronavirus vaksinləri vergidən azad edilib
Vergi Məcəlləsində dəyişiklik edilib.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən hüquqi şəxslərə ödənilən kompensasiya vergidən azaddır.
Bununla əlaqədar Vergi Məcəlləsində müvafiq dəyişiklik edilir. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. Dəyişikliyə əsasən, artıq bu maddənin tələbi fiziki şəxslərə şamil edilir. Beləliklə, notarius məhz fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergini tutmağa borcludur.
Hazırda Vergi Məcəlləsinə (218.4.5-ci maddə) əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Dəyişikliyə əsasən, bu maddə də konkret fiziki şəxslərə şamil olunacaq. Beləliklə, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləri olacaq.
Qanun layihəsi Dünya Bankının “Doung Business” hesabatında “Müflisləşmənin həlli”, “Vergilərin ödənilməsi” və “Əmlakın qeydiyyatı” indikatorları üzrə kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi, habelə sərf olunan müddət, prosedur və xərclərin optimallaşdırılması məqsədi ilə hazırlanıb və ölkəmizin “Doung Business” hesabatında qeyd olunan indikatorlar üzrə mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
***
Borclunun aktivlərinin satılması qaydasına dəyişiklik edilib.
Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Müflisləşmə və iflas haqqında” qanun layihəsinə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilməyəcək.
Həmçinin, sağlamlaşdırma prosesinin şərtləri, o cümlədən Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydasına da dəyişiklik təklif edilir.
Hazırda qüvvədə olan qanuna əsasən, sağlamlaşdırma planı hər bir təminatlı kreditorlar qrupu daxilində tələblərin məbləğinin üçdə ikisindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.
Təklif edilən dəyişikliyə əsasən, həm də hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edəcək.
Eyni zamanda sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələrinə də əlavə edilib. Belə ki, sağlamlaşdırma prosesində eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Koronavirus əleyhinə vaksinlər vergidən azad edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Qanun layihəsinə təklif edilən digər dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və iri materialların idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. //APA//
Paylaş:
Müəllif : Yazar
Tarix:30-12-2020, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-12-2020, 11:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16