Sakinlər bələdiyyə sədrinin bağları satdığını deyir - Rəsmilər təkzib edir
“Zərdab rayonunun Dəkkəoba kəndində örüş torpaqları kənd bələdiyyəsi tərəfindən bir qrup fermerə icarəyə verilib. Fermerlər qanunsuz olaraq torpaqların təyinatını dəyişib, orada buğda və arpa əkib, fermalar tikiblər. Nəticədə isə kənd əhalisi mal-qarasını otarmaq üçün örüş sahəsi tapa bilmir”.
Bu iddia ilə “Qafqazinfo”ya Dəkkəoba kənd sakinləri müraciət ediblər. Kənd sakini Asif İsayevin sözlərinə görə, kənddə salınmış tut bağları satıldığından kəndlilər indiyə qədər əsas məşğuliyyətləri olan baramaçılıqla da məşğul ola bilmirlər: “Bir neçə ildir ki, Zərdab rayonunun Dəkkəoba kəndində bələdiyyə fəaliyyətində ciddi özbaşınalıq var. Rayonumuz baramaçılığın inkişafı üçün əlverişli rayon olduğundan hələ Sovet dövründə kəndimizdə geniş çəkil (tut) bağı salınıb. Kəndin baramaçılıqla məşğul olan əhalisi yarpağa olan ehtiyacını bu çəkil bağından qarşılayırdı. Lakin bir neçə il əvvəl həmin bağ da satıldı. İndi baramaçılıqla məşğul olan kənd əhalisi yarpaq ehtiyacını o həyətdən- bu həyətdən qarşılayır, məcbur qalıb pul ilə çəkil yarpağı alırlar”.
Sakinlər iddia edir ki, bu problemlərlə bağlı dəfələrlə Zərdab rayon İcra Hakimiyyətinə üz tutsalar da, müraciətlərinə reaksiya verilməyib.
“Qafqazinfo” şikayətlə bağlı Zərdab rayonu Dəkkəoba kənd bələdiyyəsinin sədri Elxan Məmmədovla əlaqə saxlayıb. Sədr bildirib ki, Dəkkəobada vaxtilə - kolxoz dövründə bağ torpağı deyilən yer olub, lakin sonradan dağılıb və 2015-ci ildə rəsmi qaydada hərrac yolu ilə Xətai Cəfərov adlı şəxs tərəfindən özəlləşdirilib. Hazırda kənddə sakinlərin ümumi istifadəsində 112 hektar icarəyə verilə bilməyən örüş torpağı var.
“Bu yaxınlarda bizə rəsmi nümayəndə gəldi və bildirdi ki, bələdiyyənin örüş torpaqlarından əkin kimi istifadə oluna bilməz. 260 hektara yaxın yerin hamısının əkilməsini dayandırmışıq. Hazırda bələdiyyənin ehtiyat fondundan 4 hektar iki Qarabağ əlilinə əkin üçün yer verilib. Bir nəfər icazəsiz əkdiyinə görə onu Zərdab rayon Polis Şöbəsinə vermişik və hazırda istintaq gedir. Qeyri-qanuni sənədlə torpağı əkən iki nəfər var ki, onları da məhkəməyə vermişik. Kənddə ümumi iclas çağırmışıq və təklif etmişəm ki, kənddəki 300 evin hər birinə 1 hektar icarə torpağı düşə bilər. İstəyirsinizsə, ödənişi ödəmək şərtilə torpaqlar o cür istifadə olunsun. Kənddə bəzi şəxslər var ki, 200 baş qoyun saxlayırlar, təsərrüfatlarını qeydiyyata salmayıblar. Eləsi var ki, gedib Ağcabədidəki qohumunun qoyun sürüsünü gətirib saxlayır. Qanunla 4 baş qoyuna 1 hektar örüş yeri düşür, mən həmin şəxslərə örüş tapa bilmərəm axı. Kim istəsə gəlib baxa bilər, kənddə icarə torpaqlarında taxıl əkilməyib”.
Kəndlilərin baramaçılıqla bağlı şikayətinə gəlincə isə, bələdiyyə sədri bildirib ki, hazırda bələdiyyə tərəfindən kənd sakinləri üçün bələdiyyə torpağında 2000 tut ağacı əkilib. Bundan əvvəlki illərdə əkilən təxminən 5000-ə yaxın tut ağacı sakinlərin istifadəsindədir.
Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov isə saytımıza bildirib ki, Dəkkəoba kəndində bir neçə il bundan əvvəl və təzəlikcə salınan tut bağları kəndlilərin ehtiyaclarını qarşılayır: “Rayonumuz bir neçə ildir baramaçılıqda birinci yerdədir. Bu o deməkdir ki, o sahəyə diqqət var. Hər il 65-72 ton arası barama istehsal edirik. Dəkkəoba kəndində bir neçə il əvvəl də bağ salınmışdı, təzəlikcə daha bir bağ salınıb, qulluq olunur, suvarılır. Bu bağ kənd sakinlərinin ümumi istifadəsindədir. Örüş torpaqlarına gəlincə isə, torpaqlarla bağlı icra başçısı tərəfindən komissiya yarıdılıb və zəbt olunan torpaqlar müzakirə olunur, təhlil olunur. Ümumi örüş sahələri kimin icarəsindədirsə, geri alınır və bu sahədə heç bir problem yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-12-2020, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-12-2020, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29