Şəhid ailələrinə hər ay 500 manat məbləğində Prezident təqaüdü veriləcək
Şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.
İndiyədək bu təqaüdün məbləği 300 manat olub.
Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-12-2020, 18:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-12-2020, 18:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54
Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
Dünən, 08:52