Ekspert Mərkəzi Bankı məhkəməyə verdi - İctimai Şura yaradılsın!
Sığorta üzrə ekspert İlkin İbrahimov Mərkəzi Banka qarşı məhkəmə iddiası qaldırıb.
Mubahise.az xəbər verir ki, ekspert İ.İbrahimov Mərkəzi Bankın İctimai Şura yaratmamasını qanunvericiliyin tələbinin pozulması kimi qoyub və MB-nin İctimai Şura yaratmasını məhkəmə qərarı ilə onun üzərinə öhdəlik kimi qoyulmasını tələb edib. Bakı İnzibati Məhkəməsində qaldırılan iddia üzrə Mərkəzi Bank prosesə cavabdeh kimi cəlb edilib.
İ.İbrahimov bildirib ki, daha öncə də eyni tələblə Mərkəzi Banka qarşı iddia qaldırıb və məhkəmə ərizəni icraata götürüb. Lakin Mərkəzi Bank rəhbərliyi müraciət edərək iddianı geri götürməyi xahiş edib və qısa müddət İctimai Şuranın yaradılması ilə bağlı işlərin görüləcəyini vəd edib. Lakin ötən müddət ərzində MB bu sahədə heç bir yenilik etməyib.
İ.İbrahimov bildirib ki, Prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi 28.03.2019-cu il tarixli və digər müşavirələrdə Azərbaycanda sığorta sahəsindəki problemlərə toxunaraq "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük", demişdir.
Cənab Prezidentin mövqeyinə qoşularaq qeyd edirik ki, Azərbaycan Respublikasında baş vermiş irimiqyaslı təbii və texnogen xarakterli hadisələr, bu hadisələrlə bağlı vətəndaşlara sığorta ödənişlərinin verilməməsi və ya ümumiyyətlə vətəndaşların əmlaklarının sığortaya cəlb olunmaması halı, həqiqətən də ölkəmizin sığorta sahəsində olan boşluqlarıdır.
Bundan başqa 21.05.2020-ci il tarixində cənab Prezidet bir sıra şəxslərin rayon icra başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul videoformatında qeyd etmişdir ki, ... korrupsiya, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. ... İctimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Və mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir.
Məlum olduğu kimi, sığorta sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahəyə nəzarət sisteminin şəffaflığını və çevikliyini Azərbaycan Respublikasının Mərkəzi Bankı təmin edir.
Vurğulanmasını zəruri hesab edərək göstəririk ki, sığorta sahəsində olan bu və ya digər çətinliklər və onların həlli ilə bağlı daim Mərkəzi Banka müraciətlər edirik. Mərkəzi Bank da öz növbəsində bu sahədə olan çətinlikləri aradan qaldırmaqla silsilə inkişaf proqramlarını həyata keçirir.
Buna baxmayaraq, sığorta sahəsi üzrə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, bu sahədə olan qərarların qəbulunda, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən sığorta şirkətlərinin fəaliyyətinə nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının qanunla müəyyən edilmiş formalarda iştirakı, o cümlədən Mərkəzi Bankın ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınmasında “ictimai iştirakçılığın” həyata keçirilməsi zərurəti vardır.
Ona görə də Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankında sığorta sahəsi ilə bağlı ictimai iştirakçılığımızın müzakirə olunması üçün iddiaçının qəbul edilməsi inzibati orqandan xahiş edilib.
Bir aydan çox müddətin keçməsinə baxmayaraq Mərkəzi Bank sığorta eksperti İlkin İbrahimovu qəbul etməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-01-2021, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-01-2021, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti