Qusar Rayon icra Hakimiyyəti ittihamlara cavab verdi
Son günlər sosial şəbəkələrdə, müxtəlif informasiya saytlarında Qusar rayonunda dəfn edilmiş şəhidlərin məzarlarının düzəldilməməsi, qəbirüstü daşların hazırlanmaması ilə bağlı informasiyalar yayılır, bu barədə müxtəlif rəy və fikirlər səsləndirilir. Bəzi saytlarda Qusar rayonunun Həsənqala kəndindən olan şəhid İsmayılov Orxan Qədim oğlunun məzarının fotoşəkli yerləşdirilmiş və Qusar rayonunda şəhid məzarlarına və şəhid ailələrinə laqeyd və biganə münasibət bəsləndiyi qeyd edilmişdir. Rayon İcra Hakimiyyəti bildirir ki, rayondakı bütün şəhid ailələri, eləcə də qazilər və onları narahat edən problemlər diqqət mərkəzində saxlanılır. Ötən müddət ərzində RİH başçısı və müavinləri şəxsən şəhid və qazilərin ailələri ilə görüşmüş, onları narahat edən məsələlər öyrənilmiş, həlli istiqamətində tədbirlərə başlanmışdır. Bütün bunlarla yanaşı, şəhid məzarlarının düzəldilməsi işləri də diqqət mərkəzində saxlanılır. 2-ci Qarabağ müharibəsi zamanı Qusar rayonu 32 şəhid vermişdir. Şəhidlərin məzar daşlarının hazırlanması məqsədilə dekabr ayının əvvəllərində işlərə başlanılmış, bütün şəhidlərin məzarlarının mərmər örtükləri və baş daşları sifariş verilmişdir. Artıq bütün məzarların betonlanma işləri başa çatdırılmış, 5 məzar mərmərlə üzlənərək baş daşları quraşdırılmışdır. 2021-ci ilin yanvar ayının 20-dək bütün şəhidlərin məzarlarının mərmər örtüklərinin və baş daşlarının quraşdırılması başa çatdırılacaqdır.
Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, şəhid ailələrinin qayğıları daim diqqət mərkəzində saxlanılır və onları narahat edən məsələlərə bundan sonra da qayğı ilə yanaşılacaqdır. Bu hər bir vətəndaşın borcudur. Həssas mövzu olduğundan belə mövzularla bağlı informasiyalar işıqlandırılmazdan əvvəl məsələlərin ətraflı şəkildə araşdırılması daha məqsədəuyğun olardı. Qusar Rayon icra Hakimiyyəti həm bu, həm də digər sahələrdə kütləvi informasiya vasitələri ilə informasiya mübadiləsi etməyə və əməkdaşlığa hazırdır.
Rayon İcra Hakimiyyəti
Paylaş:
Müəllif : Yazar
Tarix:5-01-2021, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-01-2021, 16:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54