Vətəndaş dərdinə dərman tapa bilmir, Dövlət Xidməti isə öz şablonunu təkrarlayır - NARAZILIQ!
Koronavirus pandemiyası dərman çatışmazlığına və bahalaşmaya səbəb oldu. Apteklərdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə dərman tapmaq demək olar ki, mümkün deyil.
Məlum olduğu kimi, Azərbaycanda əsas dərmanların qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Beş il əvvəl hökumət əczaçılıq məhsullarının qiymətlərini tənzimləməyə başladı. Keçən bütün beş il ərzində, müvafiq qurumlar bu işi dərmanların qiymətini ucuzlaşdırmaq yolunda çox vacib bir məsələ olaraq bizə təqdim etdilər. Rəsmilərin və onlarla birlikdə xorla oxuyan medianın gurultulu reportajlarının fonunda, bu cür tədbirlərin qəbuledilməzliyi və onların bazarda inhisarlaşmaya və gələcəkdə qiymət artımlarına gətirəcəyi barədə iqtisadçıların nadir çıxışları eşidilməz oldu.
Ancaq, gəlin, bütün bu müddət ərzində məqsədi sərt qiymət sərhədləri tətbiqetmə həbini şirinləşdirmək olan motivləri bir kənara qoyaq və nəticələrə müraciət edək. Çünki yüksək tribunalardan elan olunan ən xeyirxah niyyətlərin (və niyyətlər fərqli ola bilər) belə, dəyəri dəqiq nəticə ilə təyin olunur. Beləliklə, son illər ərzində 12 min dərman üçün qiymətlər təyin edildi, lakin Tarif Şurasının “qiymət nəzarətini gücləndirmək” üçün hazırlanan xərc hədləri kağız üzərində qaldı. Koronavirus pandemiyası kontekstində dərman qiymətlərində əhəmiyyətli artım müşahidə edilir.
Artıq bir neçə aydır ki, sosial şəbəkələrdə apteklərdə dərmanların dövlətin təyin etdiyi qiymətdən xeyli baha satıldığına dair şikayətlər yayılır. Görünən odur ki, geniş əhali üçün dərmanların əlçatmazlığından narahat olan ixtisaslaşmış məmurların, eləcə də bu sahədəki qaydanı bərpa etməyə və əczaçılıq məhsullarına tələbatı görərək, qiymətləri artıran vicdansız müəssisələri cərimələməyə çağıran dövlət qurumlarının vəziyyətə müdaxilə etməsinin vaxtı çoxdan gəlib. Ancaq problemə reaksiya yalnız vətəndaşların narazılığının yüksək səviyyəyə çatmasından və rekord qiymət artımı mövzusunun sosial şəbəkələrin və medianın daimi mövzusuna çevrilməsindən sonra gəldi.
Uzun bir susqunluqdan sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX), pandemiya səbəbi ilə bir sıra dərmanlara tələbin artdığı barədə bir açıqlama verdi. Qurumlarımızın ənənəsinə görə, açıqlamada bunun təkcə ölkəmizdə deyil, bütün dünyada baş verdiyi xəbərdarlığı da yer alır. Ancaq struktur bir detalı buraxdı - dünyada dərman qiymətləri tənzimlənmir. Və əgər bu, milli hökumət səviyyəsində edilirsə, onda AİBNDX-nin fəlsəfi mülahizələrdən hərəkətə keçməyə - müəyyən olunmuş qiymətlərə nəzarət etməyə başlamamalıdırmı? Sanki bu məntiqi sualı gözləyən Dövlət Xidməti, nəticələr barədə susaraq gücləndirilmiş monitorinq apardığını şəstlə elan etdi. Lakin pərakəndə aptek şəbəkəsindəki vəziyyət öz sözünü deyir.
Bir müddət əvvəl bu Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı jurnalistlərə açıqlamasında, dövlət qeydiyyatından keçən dərmanların dövlət tərəfindən təsdiqlənmiş qiymətdən daha baha satılmasının qanunla qadağan edildiyini söylədi. Qanun pozuntusuna görə, məsuliyyət nəzərdə tutulur. Lakin praktikada, nədənsə heç kimin mühakimə olunması barədə məlumat yayılmayıb. Bu arada əczaçılıq məhsullarının çatışmazlığı və həddən artıq bahalaşma ilə bağlı şikayətlər sürətlə artmağa davam edir.
Məsələn, iqtisadçı-ekspert Rəşad Həsənov apteklərdə koronavirusun müalicəsi üçün tövsiyə olunan dərmanlardan birinin – “Arbidol”un qiyməti ilə maraqlanıb. Onun AYNA-ya dediyinə görə, bu dərmanın kapsulu müxtəlif yerlərdə 50, 60 və hətta 70 manata satılır: “Tarif Şurasının qərarına əsasən, bu dərmanın kapsul və tabletlərinin qiyməti, istehsalçı ölkəsindən asılı olaraq, 7,39 ilə 29,56 manat arasında dəyişir. Və belə nümunələr çoxdur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, baş verənlərin səbəbi tələbin təklifdən daha çox olması və buna görə də bu sahədə məşğul olan biznesin qiymət artırmasındadır. “Koronavirus pandemiyasının ikinci dalğası bu xəstəliyə qarşı istifadə olunan dərmanlara tələbatı artırdı. Bazar qanunlarına görə, təklifdən üstün olan tələb qiymətlərin artmasına səbəb olur. Bizim vəziyyətimizdə isə müəyyən əczaçılıq məhsulları çatışmır və bunlar üçün qiymətlər təbii olaraq artmağa başlayır. Bunun fonunda saxta məhsulların bazara girməsi riskləri artır və demək olar ki, unudulmuş bir gerçəklik – piştaxta altından şişirdilmiş qiymətlərlə dərman satışı şəklində qayıdır”, - deyə o, AYNA-ya bildirib.
Apteklərdə “mövcud olmayan” dərmanlar, baha qiymətə vasitəçilər vasitəsi ilə tapıla bilər. Hüseynov problemin mövcudluğunu təsdiqləyib: “Dövlət 12 min adda dərmanın qiymətlərini tənzimləyir, amma nəticə görünmür, bu dərmanlar şişirdilmiş qiymətlərlə satılır. Tələb olunan dərmanlar aptek şəbəkəsinə kiçik partiyalarla çatdırılır. Bu baxımdan, əczaçılıq məhsulları idxalçılarının şəffaflığı tələb olunur, çünki hazırda daxil olan dərmanların miqdarı barədə heç nə məlum deyil - nə və nə qədər idxal olunur, bəlli deyil Məsul qurumlar bu vəziyyətlə məşğul olmalıdır”.
Yerli iqtisadçılar əksər hallarda mövcud bahalaşmanın səbəbinin məhz qiymət tənzimləməsi olduğunu düşünürlər. Onlar əmindirlər ki, bazardakı inhisardan azad olsaq, apteklərdə qiymətlər qalxmayacaq.
İqtisadçı-ekspert Samir Əliyevin şərhinə görə, dövlət müəyyən dərmanların qiymətlərini tənzimləyir, lakin bunlar çox vaxt apteklərdə tapılmır: “Əczaçılıq şirkətləri oxşar tərkibli, lakin fərqli bir ad altında dərmanlar gətirir. Nəticədə istehlakçılar problem və çatışmazlıqla qarşılaşırlar”.
Unutmayaq ki, dövlət yalnız qiyməti müəyyənləşdirməyi deyil, həmçinin qiymətə nəzarət edəcəyini, pozuntulara görə, maliyyə sanksiyaları tətbiq edəcəyini öz öhdəsinə götürüb. Dövlət qeydiyyatından keçən – TŞ tərəfindən qiyməti müəyyənləşdirilən dərmanlarının baha qiymətə satışına görə cərimələr nəzərdə tutulur. Vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilə bilər. Qanun pozuntusunun təkrarlanması halında vəzifəli şəxslər üçün müvafiq olaraq 2500-3500 manat, hüquqi şəxslər üçün 7000-9000 manat məbləğində cərimə tətbiq olunur.
Lakin nədənsə qiymət artımına görə cərimələr barədə məlumat yoxdur və AİBNDX isə yalnız hamıya məlum həqiqətləri ciddi sifətlə deklarasiya etməklə məşğuldur: “Tarif (qiymət) Şurası 12 114 dərman üçün qiymətləri təsdiqlədi və təsdiq edilmiş qiymətlər bu dərman qutularının üzərində göstərilməlidir. Bu tələb dərmanların topdan və pərakəndə satışı ilə məşğul olan bütün təşkilatlar tərəfindən yerinə yetirilməlidir. Qeydə alınmış dərmanların təsdiqlənmiş qiymətlərdən fərqli qiymətlərlə satışı qadağandır və cərimələrin tətbiq edilməsini nəzərdə tutur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2021, 08:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2021, 08:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09