reklam
Regionxeberlericom.az » Sosial » "Bir də görürsən, "rəhmətlik" sözünün yanına "şiə övladı" və sair bu kimi ifadələri əlavə edir" - ETİRAZ

reklam

"Bir də görürsən, "rəhmətlik" sözünün yanına "şiə övladı" və sair bu kimi ifadələri əlavə edir" - ETİRAZ


"Cəmiyyətimiz üçün vacib bir məqama toxunmaq istərdim. Bu, şəhidlərimizin dəfni, onların qəbrlərinə ziyarət zamanı bəzi mollaların "şiə övladı" və sair bu kimi ifadələri ışlətmələri ilə bağlıdır. "Ölənlə ölməzlər"-atalar deyimi və bir də təcavüzkar koronavirus pandemiyasının əl-qolunu genişləndirməsi xeyir-şər məclislərimizin formatına əl gəzdirilməsini zərurətə çevirib. Dəbdəbə, təmtəraq, hətta mağar, çadır səviyyəsində düzənləmələri arxa plana keçirməli olub. İctimaiyyət müvəqqəti yasaqların pandemiya üzərində qələbəyədək hökm sürəcəyini dərk etdiyindən buna dəstəklərini əsirgəmir".

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook"da yazıb.

O qeyd edib ki, torpaqlarımızın erməni işğalından azad olunması üçün Vətən müharibəsi başlayanda, şəhidlərimiz üçün yas mərasimləri qurulanda bu dəstək cəmiyyətin özündən gəlib:

"İgidlərimiz son mənzilə yola salınanda göz yaşların vüqar, nikbinliklə müşahidə etdi. Bəli, biz göstərdik ki, yenilməz, bölünməz xalq olaraq varıq. Fəqət bəzi məqamlarla da rastlaşdıq ki, ötərgi yanaşma haqqımız yoxdur. Aydın məsələdir ki, yas məclisləri neçə gün çəkməsindən asılı olmayaraq ağırlığın böyük hissəsi mollanın üzərinə düşür. O, hüzür sahiblərinə, doğmalarına, camaata təskinlik verməli, birliyimizin möhkəmlənməsinə istiqamətlənən geniş mənada idealoji iş aparmalıdır. Bunun bir çox məclislərdə şahidiyik. Molla istəsə də, istəməsə də missiyanın özü onu bir vətəndaş olaraq mənəvi borcunu yerinə yetirməyə istiqamətləndirir. Amma bir də görürsən rəhmətlik sözünün yanına "şiə övladı və sair bu kimi ifadələri əlavə edir. Onda bəziləri özlərinə sual verirlərki: "Mərhum başqa təriqətə mənsubdursa ona rəhmət düşür ya düşmür". Bir bölücülük digərini yaradır və çox təəssüf ki, belə deyimlərə müxtəlif bölgələrdə rast gəlinir. İlk baxışda kimlərəsə adi görünən söz istənilən vaxt fəsadlara yol aça bilər".

Şura sədri vurğulayıb ki, qonşu ölkələrdən fərqli olaraq Azərbaycan dini dövlət deyil və konstitusiyasına hər hansı dinin, təriqətin adı yazılmayıb:

"Ölkəmiz multikultural təməllər üzərində qurulduğundan beynəlxalq miqyasda hörmət sahibidir. Çünki bölücülükdən, xüsusən islami təriqətlərin hansınasa üstünlük verilməsindən türk dünyasında ən çox başı müsübətlər çəkən azərbaycanlılardır. Tarixin faciələrindən şükürlər olsun dərsimizi götürmüşük. İndi Azərbaycanı gözü götürməyənlər, düşmənləri məqsədlərinə çatmaq üçün bu həssas, zərif məqama fasiləsiz üz tutmaqdadırlar. Nardaran, Gəncə və sair şəhərlərdəki qiyam cəhdlərinə nədən, hansı vasitələrlə cəhd edildiyini unutmağa haqqımız yoxdur. Gəlin bir daha xatırlayaq ki, bizi birləşdirən ən başlıca cəhət bir vətənin övladları olmağımız, dünyəvi dəyərlərə üstünlük verməyimizdir. Səbrimizin arxasında həm də milli birliyə xələl gətirə biləcək hallara qarşı sayıqlığ, dözümsüzlük dayanır".


Paylaş:


Müəllif : Tarix:
7-01-2021, 10:30
Sikayət   


loading...
Загрузка...