“Daşkəsən Filizsaflaşdırma”dan 10 şirkətə qarşı MƏHKƏMƏ İDDİASI
Hökumət tərəfindən dövlətə məxsus “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi elanı ardından, şirkət 10-dan çox şirkətə görə eyni gündə məhkəməyə müraciət edib.
regionxeberlericom.az Banker.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sentyabr 2020-ci il tarixli fərmanında Nazirlər Kabinetinə tapşırılmışdı ki, “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilməsi üçün iki ay müddətinə tədbirlər görülməldir.
Həmin fərmanda, “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
“Daşkəsən Filizsaflaşdırma” Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bu şirkətlər barəsində məhkəməyə müraciət edib:
“AVANQARD-KO” MMC
“HTM-HOLDİNQ” MMC
Metak Şirkəti
“Atəşgah Sığorta” ASC
“REC-İNVEST” MMC
“ELEKOND CO” MMC
“AZENPRONT” MMC
“Azərelektroterm” ASC
“CBG” MMC
“A.K.İnşaat” MMC
Məlumata görə məhkəməyə müraciətin predmeti “sair öhdəliklər” üzrə mübahisələrdir.
Qeyd edək ki, “Daşkəsən Filizsaflaşdırma” son illərdə dövlət tərəfindən özəlləşdirməyə çıxarılsa da, lakin alıcı tapılmamışdı. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99.22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməli idi. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməli idi.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54