Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə "BakıKart”a keçidi gecikdirmək məqsədilə süni narazlıqlar yaradırlar - İTTİHAM

Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, görüşdə problemlər və qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Bildirilib ki, bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazlıqlar və problemlər yaradırlar. Qeyd olunub ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 12:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…