reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA

reklam

Sahil Babayevi kim(lər) DEVİRMƏK İSTƏYİR? - İLGİNC İDDİA


Bu ölkədə nazir-məmurların oğluna villa tikdirməsi, qızına 400 minlik toy etməsi, 2 milyonluq saat bağışlaması, Nyu-Yorkda 4 milyonluq mənzil alması, restoran açması və s. hər şeyi eşitmişdik, amma nazirin anasına əlillik pensiyası təyin etməsi ilk analoqsuz hadisədir.
Reportyor.info xəbər verir ki, bu ilkə imza atan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub. Onun anasına qanunsuz əlillik təyin etdirdiyi və pensiya alması barədə iddialar səslənməkdədir.
Nazirin belə bir işə qol qoymasına nə səbəb olub, niyə zərurət yaranıb, oturub düşünməli suallardır. S.Babayevin gəliri valideynini təmin etməyə kifayət ola bilərdi.
Amma nazir dövlətin pulundan anası üçün əsirgəməyib, əlillik pensiyası təyin etdiyi deyilir. ƏƏSMN isə təkzib edir. Daha doğrusu, təsdiqləyir.
Nazirliyin açıqlamasına görə, S.Babayevin anası əlillik pensiyasını 2005-ci ildən alır, yəni iddia olunduğu kimi 2016-cı ildən yox…
Rəsmi izahatda deyilir ki, Nailə xanım 25 ildir ağır şəkərli diabet – insulin xəstəsi olmaqla həmçinin ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir.
Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə 6 stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib.
Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır.
O da var ki, Azərbaycanda ürəyində stend olan, şəkərli diabet xəstəsi olan on minlərlə vətəndaşa heç əlillik verilmir.
Fəqət məsələnin ilin-günün bu vaxtında ortalığa çıxması da müəmmalı və maraqlıdır. Nazirlik iddia edir ki, bu, işdən çıxarılanların əməlidir.
Sitat: “Rüşvətxorluğa və saxtakarlığa görə nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar cəmiyyətə daha faydalı olarlar. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”.
Göründüyü kimi, vəziyyət qəliz və mürəkkəbdir. S.Babayevin düşmənləri var və nazirlikdən qovulanlar ona qarşı birləşiblər.
Naziri kimlər, nə məqsədlə hədəfə alıblar, işdən azad edilmiş şəxslərlə onun hansı problemləri var, bilinmir. Görünür ki, S.Babayevlə keçmiş kadrlar arasında bir ixtilaf, gərginlik, qovğa yaşanmaqdadır.


Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 14:15
Sikayət   


loading...
Загрузка...