reklam
Regionxeberlericom.az » Sosial » “Azneft” İstehsalat Birliyində NARAZILIQ - Müraciət...

reklam

“Azneft” İstehsalat Birliyində NARAZILIQ - Müraciət...


Kürdəmir rayon, Şüşün kənd sakini Tehran Hüseynov “Gözətçi”yə yazdığı şikayətində bildirir ki, çalışdığı “Azneft” İstehsalat Birliyinin Ə. Əmirov adına neft-qaz çıxarma idarəsində dekabr ayı üçün əmək haqqısı düzgün hesablanmayıb. O, bu idarənin Kürdəmirdə yerləşən Muradxanlı neft-qaz cıxarma idarəsində mühafizəçi işləyir. Pandemiya ilə əlaqədar yaşını nəzərə alaraq, ona çalışdığı idarədən dekabr ayında (01.12.2020-31.12.2020) işə çıxmamağı bildiriblər. İdarədən onu da bildiriblər ki, işləmədiyi müddətdə aylıq əmək haqqısının (450 manat) 70 faizi (315 manat) öndəniləcək. Dekabrın sonunda Hüseynova cəmi 176 manat əmək haqqı ödənilib, bu isə nəzərdə tutulan əmək haqqısının 40 faizini təşkil edir. O, bununla bağlı, idarə rəhbərliyinə şikayət bildirsə də, müraciəti cavabsız qalıb.

Tehran Hüseynov şikayətində qeyd edir ki, yaşadığı Şüşün kəndində internet olmadığından övladları onlayn dərslərdə iştirak edə bilmirlər. Övladlarının dərslərdən geri qalmaması üçün isə hər ay 60 manatlıq internet paketi götürür, bu da onun ailə gəlirinin aşağı düşməsinə səbəb olur. Tehran Hüseynovun 5 nəfərdən ibarət ailəsində yeganə işləyən şəxs özüdür.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffəttişliyinin pandemiya dövründə yaşanan işəgötürən və işçi arasındakı yaranan hallar üzrə açıqlamasında bildirilir ki, işəgötürən tərəfindən əsassız olaraq işçilərin ixtisarı, əmək haqqısının qeyri mütənasib və ağlabatanlığa uyğun olmayan şəkildə azaldılması qanuna ziddir.


Paylaş:


Müəllif : Tarix:
15-01-2021, 10:12
Sikayət   


loading...
Загрузка...