“Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? -100 milyonluq oğurluğun fəsadları
Bank 100 milyon manatlıq oğurluğun fəsadlarını qaldırmaqda çətinlik çəkir
Azərbaycanda adı kifayət qədər iri maxinasiyanın qurbanına çevrilməkdə hallanan banklardan biri də "Günay Bank" hesab olunur. Ötən ilin yay aylarında mətbuatda hesablarından 100 milyon manata yaxın vəsaitin oğurlandığına dair məlumatlar yayılan bankın istər ötən ilin yekunlarına, istərsə də bu ilin birinci rübünün nəticələrinə baxdıqda, heç cür vəziyyətini düzəldə bilmədiyi görünür.
Bankın ilin birinci rübünə aid maliyyə hesabatlarından görünür ki, 2019-cu ilin yanvar-mart dövründə "Günay Bank”ın cəmi gəlirləri 4 milyon 360 min manat, cəmi xərcləri isə 4 milyon 245 min manat təşkil edib. Birinci rübdə bankın faiz gəlirləri 2 milyon 818 min 620 manat, faiz xərcləri isə 2 milyon 61 min 150 manat olub.
«Günay Bank» qeyri-faiz əməliyyatlarından 1 milyon 541 min 830 manat əldə edib, qeyri-faiz xərcləri isə 1 milyon 817 min 390 manat olub. Hesabata görə, bank ilk rübü 114 min 630 manat əməliyyat mənfəəti ilə başa vurub. Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 276 min 170 manat ayrılıb ki, bunun da nəticəsində bankın xalis mənfəəti cəmi 390 min 810 manat təşkil edib.
İlk baxışdan vəziyyət o qədər də pis görünmür - ortada az da olsa mənfəət var. Lakin məsələ ondadır ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə(!) azdır. Çünki bu bank 2018-ci ilin birinci rübünü 1 milyon 266 min 650 manat mənfəətlə başa vurmuşdu. Onu da qeyd edək ki, hazırda bankların əksəriyyəti mənfəətlə bağlı mənfi yox, müsbət dinamika nümayiş etdirirlər.
Ötən il sahibkarlar pullarını geri götürüblər - niyə?
Bankdakı geriləmə prosesi kökünü ötən ilin ortalarından götürüb. Qeyd edək ki, həmin vaxt mətbuatda "Günay Bank"ın İdarə Heyətinin sədr müavini Emin Zeynalovun bankın 100 milyon manata yaxın vəsaitini ofşor hesablarına köçürdüyü barədə məlumatlar dərc olunmuşdu. Bəzi mətbu orqanlar hətta bu pulların ofşor hesablarına Baltikyanı ölkələrin ABŞ-ın sanksiyaları altında olan bankları vasitəsilə çıxardığı iddia edilirdi.
Bu qalmaqalla bağlı Emin Zeynalovla bərabər atası Zakir Zeynalovun adı hallandırılırdı. Bəzi məlumatlarda hətta bankın sahibi Mahmud Məmmədovun da adı keçirdi. Doğrudur, bank sonradan rəsmən bütün məlumatları təkzib edərək, heç bir oğurluq olmadığını bildirdi. Lakin mətbuat və ekspertlər deyilənlərlə razılaşmırdı və iddia olundu ki, oğurluq həqiqətən olub, lakin bankın rəsmən qeydiyyata alınan vəsaitlərindən yox, ayrı-ayrı şəxslərdən alınan, rəsmi hesabatlarda əks olunmayan məbləğlərdən…
Məsələ ondadır ki, bankda həqiqətən nələrinsə baş verdiyi çox keçmədən "GünayBank"ın rəsmi hesabatlarında özünü göstərməyə başladı. Belə ki, 2018-ci illin sonunda əvvəlki illə müqayisədə bankın depozitlərində 15 milyon manatdan artıq azalma qeydə alındı. Bu o deməkdir ki, bankda depozitləri olan şirkət və fiziki şəxslər öz vəsaitlərini geri götürüblər. Bundan başqa, bankın xarici valyutadakı depozitləri 2 dəfə, mənfəəti isə az qala 4 dəfə(!) azalıb. Belə ki, bankın xalis mənfəəti 4 milyon 100 min manatdan 1 milyon 289 min manata düşüb. Bununla yanaşı, bankın riskli aktivlərinin də böyük olması müşahidə edilib.
Qeyd edək ki, bütün rəsmi təkziblərə rəğmən, bankda 100 milyonluq oğurluğun olmasına dair iddialar öz təsirini göstərib. Xatırladaq ki, bu məsələdə mətbuatda hətta Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərlərindən biri olan İbrahim Alışovun da adı keçirdi.
Bütün bunlar isə sözsüz ki, bankın maliyyə göstəricilərinə mənfi təsir göstərə bilərdi və göstərdi də. Elə böyük ehtimalla həmin qalmaqalın nəticəsidir ki, bank "qara zolaqdan" çıxa bilmir. Ümid edək ki, bank sektorunun bu oyunçusu ötən il aldığı zərbədən nə vaxtsa ayılacaq. Ancaq birinci rübün nəticələri təəssüf ki, çox da optrimist olmağa imkan vermir. (Missiya.Az)
Paylaş:
Müəllif : Yazar
Tarix:17-05-2019, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-05-2019, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07