reklam
Regionxeberlericom.az » Sosial » Biləsuvar rayonunda acınacaqlı mənzərə - Yerli rəhbərlik hara baxır?

reklam

Biləsuvar rayonunda acınacaqlı mənzərə - Yerli rəhbərlik hara baxır?


Biləsuvar rayonunda dəhşətli mənzərə görənləri heyrətə gətirir.

Belə ki, rayonun mərkəzinə yaxın məsafədə, əhalinin sıx yaşadığı ərazidə böyük zibillik sahəsi yaranıb.

Cebhe.info xəbər verir ki, ən qorxulusu isə bu zibilliyin rayon əhalisinin içməli su təchizatını təmin edən Cənub Muğan Kanalına bitişik ərazidə olmasıdır. Sözügedən kanal zibilliyin bir hissəsi ilə qarışaraq rayon əhalisinin gündəlik su ehtiyacını “ödəyir”. Koronavirusun böyük fəsadlarla tüğyan etdiyi biz zamanda əhali bu zibillik ərazisində yaşamını sürdürməyə məcburdur.

Zibilliyin digər tərəfindən isə əhalinin istifadə etdiyi yol keçir. Ərazidə yaşayan vətəndaşlar şikayət edirlər ki, zibilin qoxusundan və zibillikdə toplaşan sahibsiz itlərin qorxusundan yoldan keçmək olmur. Zibillikdə heyvan leşlərindən tutmuş hər şey var var.

Bunun isə tək səbəbkarı aidiyyəti qurumlardır. Nədənsə, hər kəsin gözü qarşısında olan bu mənzərəni nə Rayon İcra Hakimiyyəti, nə də aidiyyəti qurumlar görür. Yaxud da görməzdən gəlir.

Ərazidə tullantılarını ata biləcək heç bir vasitə yoxdur. Yəni nə zibil qutuları, nə də hər hansı bir vasitə görünmür. Dövlətin vətəndaşları koronavirusdan qorumaq üçün əlindən gələni etdiyi bir zamanda nədənsə yerli icra orqanları içməli suya belə heyvan leşi qatılmasına biganədir.




Paylaş:


Müəllif : Tarix:
18-01-2021, 09:04
Sikayət   


loading...
Загрузка...