SMS-icazə ləğv olub, avtobuslar isə hələ "qadağa altındadır": - “İnsanlar çörək qazanmaq üçün çıxmağa məcburdur”
Xəbər verdiyimiz kimi, ölkəmizdə bu gündən sərtləşdirilmiş karantin rejimi xüsusi karantin rejimi ilə əvəz olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, SMS-icazə sistemi ləğv olunsa da, həftəsonu ictimai nəqliyyatın hərəkətində olan məhdudiyyətlər hələ də qüvvədədir. Artıq uzun müddətdir ki, ölkəmizdə sərt karantin günlərində həftəsonu ictimai nəqliyyatın hərəkəti dayandırılır. Metronun da işləmədiyini nəzərə alsaq, şənbə və bazar günü əhali ancaq şəxsi avtomobillərin və taksilərin ümidinə buraxılıb.
Bu isə ikiqat problem yaradır. Çünki hər kəsin şəxsi minik avtomobili yoxdur və heç də hamı taksiyə pul verəcək qədər maddi imkan sahibi deyil. Üstəlik də nəzərə alaq ki, həftəsonu ictimai nəqliyyatın olmaması taksi şirkətlərinin qiyməti artırmasına münbit şərait yaradır. Hətta yaxın məsafəyə sifarişlə taksi tapmaq mümkünsüz olur, çünki sürücülər nisbətən yaxın məsafədə yol haqqının daha az olduğunu əsas gətirərək sifarişdən imtina edilər. Bu isə insanlara əlavə problem yaradır.
Onu da nəzərə alaq ki, həftsonları bir çoxları ancaq vacib işi olduğu təqdirdə evdən çıxır, bura xəstə və ya yaxınların ziyarəti, xəstəxana və ya digər zəruri ehtiyaclar daxildir.
Digər tərəfdən bir halda ki, SMS- icazə sistemi ləğv olunub, həftəsonu ictimai nəqliyyata qadağanın qüvvədə saxlanılması niyə və yaxud kimə lazımdır? Məsələn, günəmuzd işləyən şəxslər sərt karantindən sonra hətta həftəsonları da qazanc arxasınca getməyə məcburdurlar, ancaq ictimai nəqliyyatın olmaması onları gündəlik qazancdan da məhrum edir. Yaxud evində hansısa santexnik xidmətinə, ya başqa xırda təmirə ehtiyacı olan insan usta pulu ilə yanaşı, həm də həmin ustanın gəlməsi üçün taksi pulu da ödəməlidir. Hansısa şəxs həftəsonu zəruri ehityac üçün xəstəxanaya getməli olsa, taksidən başqa heç nəyə gümanı gəlmir. Bu isə onsuz da pandemiya şəraitində qazancı azalan, yaxud qazancdan tamamilə məhrum qalan insan üçün ikiqat xərcdir.
Ancaq görünür, sərt karantin rejiminin qüvvəyə minməsi və ya ümumi karantin rejimi ilə əvəz olunması barədə qərar verən insanlar və ya qurumları bunlar qətiyyən maraqlandırmır. Əgər iddia etdikləri kimi, qərarları insanların mənafeyi nəzərə alınaraq verirdilərsə, bu məqamları da diqqətdə saxlamalıi idilər.
Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, bu məsələni hansısa bir qayda ilə nizama salmaq olar:
“Bilirsiniz, əslində kiminsə vacib işi yoxdursa, evdən çıxmamağı məsləhətdir. Nəinki həftəsonu, eləcə də həftəiçi ictimai nəqliyyatdan istifadə etməməsi tövsiyə edilir. Ancaq təbii ki, kiminsə işi varsa, fəhlə adamdırsa, çörək qazanmaq üçün çıxmağa məcburdur. Belə insanlar üçün ictimai nəqliyyatın işləməsi məqsədəuyğun olar. Bunu isə ya hansısa yoxlanış yolu ilə, ya da başqa bir yolla nizamlamaq mümkün olar. Çünki bu məsələdə kasıb insanlar əziyyət çəkir”.
Həkim bildirir ki, bu məsələyə birtərəfli yanaşmaq da düzgün olmaz:
“Bizədə ictimai nəqliyyat bərbad vəziyyətdədir. Nəqliyyat vasitələrinin çatışmazlığı var. İstənilən halda basabas olur. Metronun da işləməməsi bu problemi daha da qabardır. Bəzi insanlar bunu başa düşmək yerinə, lazım oldu-olmadı, harasa gedirlər. Qərar da əslində bu cür insanlar üçün nəzərdə tutulur, amma indi qurunun oduna yaş da yanır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2021, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-01-2021, 15:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29