Babayevsayağı məşğulluq mərkəzi... - NARAZILIQ!
"Bir ildən çoxdur ki, azyaşlı nəvələrim atasız qalıb. Qızım işləyirdi, pandemiya səbəbindən aylardır o da işsizdir. Hökumət qurumları min fırıldaqla pandemiyaya görə 190 manatı da, ünvanlı sosial yardımı da verməkdən yayınır. Uşaqlar günlərini ac-susuz keçirir”.
Bunu Hövsan sakini Rəna İsmayılova deyir. Onun sözlərinə görə, 1 il əvvəl qızı Aynurə Qasımovanın həyat yoldaşı vəfat edib. İki azyaşlı nəvəsi atasız qalıb. Atanın vəfatına görə dövlət uşaqların hərəsinə aylıq 80 manat müavinət kəsib. Ancaq toplam 160 manatın bir hissəsi kommunal borclara, bir hissəsi çörəyə zorla çatır. Ona görə də Aynurə Qasımova dövlətdən əlavə yardım istəyib. Əvvəlcə o, pandemiyaya görə işsizlərə ödənilən 190 manat birdəfəlik yardıma görə müraciət edib. Ancaq imtina cavabı alıb.
Aynurə Qasımovanın anası imtinanın səbəbindən danışır: "Qızıma cavab gələndə bildik ki, Məşğulluq Mərkəzi ilə DOST MMC Aynurəni özündən xəbərsiz harasa "işə düzəldib”. Sən demə, 2 aydır ki, "işləyirmiş”, ancaq özünün bundan xəbəri yoxdur.
Qızım qeydiyyatdan keçdi, xeyli müddət keçdi, bir xəbər çıxmadı. Mən Məşğulluq Mərkəzinə müraciət etdim, ordan bildirdilər ki, işsiz kimi 190 manat ödənişindən imtina olunub, çünki DOST MMC onu işlə təmin edib. Dedim, axı qızımın işdən xəbəri yoxdur, ona bu barədə məlumat verilməyib. Dedilər, gedin "Kapital bank”a, adına maaş kartı var, götürün, karta hər ay 250 manat köçürüləcək. Qızım getdi, kartı götürdü, 2 ay keçdi, karta 1 manat da köçmədi. Mən yenidən Məşğulluq Mərkəzinə zəng vurdum. Guya araşdırdılar, bəli, guya bu, hansısa əməkdaşın diqqətsizliyi, səhvi olub və ona töhmət veriblər filan… Beləcə, 2 aylıq maaş kimin cibinə getdi, bilinmədi…”.
Rəna xanımın sözlərinə görə, ona bildiriblər ki, qızı Aynurə Qasımovanı daha 2 ay müddətinə işlə təmin edirlər və bundan sonrakı iş yerinə görə maaş kartına aylıq 250 manat köçürüləcək. Bu dəfə ana özü demişkən, "dirəşərək” iş yerini də öyrənə bilib – Suraxanı Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi. O, birliyə gedib, orada bildiriblər ki, Aynurə Qasımova işə çıxmalıdır, işləməlidir, maaş almalıdır: "İş küçə süpürməkdən ibarət idi. Qızım və azyaşlı uşaqları həmin vaxt özlərini pis hiss edirdi, halsızlıq, qızdırmaı olurdu. Dedim, adam bu vəziyyətdə səhərdən axşama kimi küçə süpürə bilməz. Dedilər, o süpürə bilməz, sən süpür… Etiraz etmədim, düz 1 ay Hövsanın küçələrini süpürdüm, karta 250 manat köçdü, dedilər, iş bitdi, get otur evdə, iş olanda çağırarıq. Sonra da məlum oldu ki, qızımın adına iş müqaviləsi 2 aylıq imiş, bir ay məni işlədib karta 250 manat köçürüblər, ikinci ayın 250 manatını ciblərinə qoyublar. Ancaq daha sonra araşdıranda məlum oldu ki, sən demə, 4 aya qızımın adına 1000 yox, 1201 manat 62 qəpik silib, ciblərinə qoyublar. Qızımsa atasız iki azyaşlı balasıyla işığın, qazın pulunu ödəyə bilmədiyi soyuq, nəmişlik daxmada ac-susuz qalıb”.
Rəna xanım ailənin ağır durumundan danışır. Telefon xəttinin o biri ucundakı qadının hıçqırıqları qulaq deşir: "Atasız uşaqların haqqını necə yemək olar? Birinin 4, birinin 9 yaşı var, hər gecə yerlərinə ac girirlər. Mən özüm xəstəyəm, o bir ayı canımı dişimə tutub küçə süpürdüm ki, tifillər ac qalmasın. O gün – bu gün yatağa düşmüşəm. Bu uşaqların heç bir yerdən köməkləri yoxdur. Geyimlərini qonşular verir, evin istiliyi yoxdur. Hövsan çöllüyü deyilən yerdə nəmişlik bir evdə yaşayırıq. Bu uşaqların haqqı olan o pul o məmurların, fırıldaqçıların boğazından necə keçdi? O pulu yeyəndə bu atasız, ac, boynubükük tifillər gözlərinin qarşısına gəlmədimi? Vicdanları sızlamadımı? Tifillərin haqqını onlara halal etmirəm”
Paylaş:
Müəllif : Yazar
Tarix:19-01-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-01-2021, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39