Uşaq bağçalarından asılı olan dotasiyasız bölgələr: - ”Hökumətin maliyyə müstəqilliyi meyarı yanlışdır”
“Hökumətin meyarı belədir ki, ixtiyari bir rayonda (şəhərdə) topalanan vergilər yerli icra hakimiyyəti orqanlarının, onların sərəncamındakı mənzil-istismar sahələrinin və uşaq bağçalarının saxlanmasına kifayət edirsə, həmin inzibati ərazi avtomtik olaraq maliyyə müstəqilliyi olan, "dotasiyasız bölgə" statusu qazanır. Hazırda Azərbaycanda 65 rayon və şəhərdən 42-si hökumət tərəfindən tam maliyyə müstəqilliyi qazanmış elan edilib”.
Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.
R.Ağayev bildirib ki, Azərbaycan SSRİ dağıldıqdan sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib:
“Nəticədə yerli hakimiyyətlər sadəcə mərkəzi hakimiyyətin yerlərdəki səlahiyyətsiz sözçüsü, tapşırıqlarının icraçısı kimi qalmaqdadır. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə, nə də inzibati əksmərkəzləşmə baş verdi. Maliyyə və inzibati əks-mərkəzləşmənin baş vermədiyi ölkədə "dotasiyasızlıq" əmsalını hesablamağın da əhəmiyyəti qalmır, bu, nəzəri-metodoloji baxımdan da yanlışdır. "Maliyyə müstəqilliyi" əmsalı o zaman hesablanır ki, mərkəz hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə "dotasiyasız bölgə" yarada bildikləri ölçülür. Azərbaycanın indiki vaxtında real "dotasiyasız bölgə" çərçivəsinə hansı rayon və şəhərlərin daxil olduğunu müyyən etmək üçün hər bir ərazi üzrə aşağıdakı funksional istiqamət üzrə xərcləri toplamaq lazımdır:
*Aqrar və yerli əhəmiyyətli meliorasiya infrastrukturu; *Yerli əhəmiyyətli yol-nəqliyyat infrastrukturu;
*Səhiyyə;
*Orta və məkətəbəqədər təhsil;
*Sosial müdafiə;
*Mədəniyyət və incəsənət;
*Ekologiya.
Bir rayon (şəhər) çərçivəsində bu istiqamətlər üzrə xərclənən vəsaitlərin cəmini toplayıb, sonra həmin ərazidə yığılan vergilərin cəmi ilə müqayisə etmək lazımdır. Alınan rəqəm hər bir ərazinin real olaraq dotasiyadan asılılıq səviyyəsini göstərəcək. Hökumətin hazırkı metodlogiyasından çıxış etsək, uşaq bağçalarına sərəncam vermək hüquqi yerli icra orqanlarından alınsa, bütün bölgələr "dotasiyasız" olacaq. Amma həqiqətdə belə olacaqmı?”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2021, 16:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2021, 16:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48