reklam
Regionxeberlericom.az » Sosial » "Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR

reklam

"Şurnuxa getmək üçün gərək Azərbaycana keçəsən, sonra yenə...” - Ermənilər NARAHATDIR

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub olmasının və faktiki kapitulyasiya etməsinin nəticəsi olaraq bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılan Şurnux kəndi barədə Yerevanda mübahisələr davam edir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” (hərçənd indi bu ad Ermənistan üçün heç yerinə düşmür,-red.) partiyasından deputat Mikael Melkumyan həmin kəndə baş çəkmək üçün 2 dəfə Azərbaycan ərazisinə keçməli olduğunu deyib.

Xatırladaq ki, Zəngəzurun Şurnux kəndində ötən əsrin 20-ci illərində ancaq azərbaycanlılar yaşayıb. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qalıb və orada ermənilər yaşamağa başlayıb. Lakin sonradan sovet dövründə azərbaycanlıların bir çoxu yenidən tarixi torpaqlarına dönüb, kənddə məskunlaşıb. Şurnux kəndindən azərbaycanlıların ikinci deportasiyası Stalin dövründə baş verib, 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi bədnam 4083 saylı qərar əsasında Ermənistanda yaşayan azərbaycanlıların bir qismi, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə deportasiya olunublar.

1953-cü il Stalinin ölümündən sonra şurnuxlu azərbaycanlılar yenidən kəndə qayıdıblar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ilin noyabrında, Qarabağda erməni separatizmi yenicə alovlanmağa başlayanda ayında onlar Şurnuxudan yenidən deportasiya edildilər.
44 günlük ikinci Qarabağ müharibəsinin ardınca Azərbaycan Zəngəzur istiqamətində Ermənistanla dövlət sərhədlərini bərpa etməyə başladı və sovet dövrü xəritələri əsasında yeni sərhəd xətləri müəyyənləşdirildi. Nəticədə Şurnux kəndinin bir hissəsi (12 evdən ibarət) Azərbaycanın nəzarəti altına, Qubadlı rayonunun tərkibinə qaytarıldı. O cümlədən Gorus-Qafan yolunun həmin kənddən keçən bir hissəsi də Azərbaycanın nəzarəti altına keçdi. Və həmin vaxtdan Ermənistanda Şurnux kəndi ətrafında baş verənlər hakimiyyətlə müxalifət arasında mübahisələrin əsas mövzularından biridir.

“Ötən həftənin sonlarında biz Sünik vilayətində olduq, Vorotan və Şurnux kəndlərinə də baş çəkdik. Orada ciddi problemlər var”,-deputat Melkumyan bu gün parlamentdə deyib. Bildirib ki, kəndin Azərbaycanın nəzarətinə keçən hissəsində qalan 12 evdə yaşamış ermənilər hələ məskunlaşdırılmayıb.
“Dünən biz Sünikin təhlükəsizliyi məsələsini hökumət qarşısında qaldırdıq, Sünik təhlükədədir. Şurnuxa yollananda görürük: yolun 4.5 kilometrlik hissəsi Azərbaycana keçib, mahiyyətcə siz Azərbaycana keçirsiniz, sonra çıxırsınız, sonra yenidən keçirsiniz. Şurnux özü isə tam onların nəzarətindədir, nişangahındadır”,-deputat bildirib.

Qeyd edək ki, yolun həmin hissəsində təhlükəsizliyə Rusiya sülhməramlıları nəzarət edir. Azərbaycan sərhədçiləri də orada öz postlarını qurublar.


Paylaş:


Müəllif : Tarix:
21-01-2021, 17:22
Sikayət   


loading...
Загрузка...