Polis rəisinin müavini bazarın fəaliyyətinə imkan vermir? - DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyevin Ağsu bazarının fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək respublikada elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Ağsuda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların sosial izolyasiya qaydalarına riayət etmələri məqsədilə mütəmadi olaraq tədbirlər keçirilib:
“Dekabrda rayonda fəaliyyət göstərən bazarda keçirilən reydlər zamanı karantin qaydalarının pozulması hallarına rast gəlinib. Belə ki, ərzaq və kənd təsərrüfatı satışı ilə məşğul olan şəxslərin və müştərilərin sosial məsafə gözləməməsi, tibbi maskadan tələb olunan normalara uyğun şəkildə istifadə etməməsi halları aşkarlanıb.
Həmçinin kafe, restoranlarda müştərilərə yerində xidmətin dayandırılmasına baxmayaraq, bazardakı kafedə ayrı-ayrı vaxtlarda iki dəfə karantin qaydalarının pozulması halları aşkarlanıb, polislər tərəfindən obyekti işlədən şəxs və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bazarın sahibi Sabir Mustafayevin təşəbbüsü ilə orada çalışan bir qrup icarədarın imzası ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə guya dekabr ayında həmin ticarət obyektinin fəaliyyətinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tamamilə dayandırılmasının iddia olunduğu müraciət ünvanlanıb.
Müraciətlə əlaqədar həmin icarədarlar məsələnin araşdırılması məqsədilə polis şöbəsinə dəvət olunublar. Araşdırmalar zamanı onların əksəriyyəti müraciətin mətnindən xəbərsiz olduqlarını, ancaq ad, soyadlarını yazaraq, imzaladıqlarını bildiriblər. Eləcə də sərtləşdirilmiş karantin rejimi müddətində ərzaq və kənd təsərrüfatı satışı ilə məşğul olan yerlərin bağlanması ilə əlaqədar yazılanların həqiqəti əks etdirmədiyini bildiriblər”.
“Fariz Babayevin şikayətindən imtina etmədiyi üçün polis şöbəsində döyülməsi barədə səsləndirilən fikirlər isə qərəzlidir. Belə ki, F.Babayev polisin qanuni tələbinə məhəl qoymadığı və xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün barəsində toplanmış material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə cərimə olunub”, - deyə DİN-dən qeyd edilib.
Qeyd edək ki, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev “Qafqazinfo”ya müraciətində bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır:
“Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırıb.
Ona dedik ki, operativ qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. Sonra yenidən Daxili İşlər Nazirliyinin karantinlə bağlı yaradılmış 012 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verdik. Təxminən 10 dəqiqə sonra bazardakı polislərə əmr gəldi ki, bazardan çıxın, camaatla işiniz olmasın.
Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.
Dünəndən başlayaraq həmin müraciətə imza atanları bir-bir polis şöbəsinə aparıb, hansısa yollarla şikayətlərindən imtina etdirirlər. Ərizəni yazan Babayev Fariz Böyükağa oğlu imtina etmədiyi üçün döyülüb və kameraya salınıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-01-2021, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-01-2021, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57