“Azİmport” MMC ittihamlara cavab verdi
Son günlər bəzi elektron media resurslarında vətəndaş Faiq Elmir oğlu Novruzovun “Səbail rayonu, Ə.Yaqubov küçəsi, 35” ünvanında yerləşən və müvafiq mülkiyyət hüququ ilə atası - Novruzov Elmir Qaçay oğluna məxsus olan 925,0 kv.m-lik qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ala bilməməsi barədə məlumat yayılıb. Məlumatda qeyri-yaşayış sahəsinin sahibinə dəyən zərəri “Azİmport” Məhdud Məsuliyətli Cəmiyyətinin (MMC) ödəmədiyi göstərilir.
“Azİmport” MMC-nin Mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Bildiririlir ki, “Azİmport” MMC sözügedən ünvanda aparılan köçürülmə və söküntü işlərində iştirak etməyib. Belə ki, bu şirkət yalnız müvafiq qanuni müqavilələr əsasında həmin ərazinin abadlaşdırılması, orada park salınması üzrə layihənin icraçısı olub. Layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tətəfindən sifariş edilib və maliyyələşdirilib.
"Abadlıq işlərinin aparılacağı, park salınacağı ərazilərin seçilməsi, oradakı yaşayış və qeyri-yaşayış sahələrinin ləğv edilməsi, onların sahiblərinə kompensasiyanın verilməsi hər hansı özəl şirkətin səlahiyyətinə aid məsələ deyil" deyə, mətbuat xidmətinin
yaydığı məlumatda bildirilir.
“Azİmport” MMC bir daha mövcud vəziyyətə aydınlıq gətirərək bəyan edir: "Vətəndaş Novruzov Elmir Qaçay oğlunun "maddi və mənəvi ziyanın ödənilməsi" tələbi ilə cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və "Az İmport" MMC-yə qarşı qaldırdığı iddiaya 5 noyabr 2020-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılıb və əssassız sayılaraq rədd edilib. Məhkəmə qətnaməsində göstərildiyi kimi, iş üzrə isə iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus obyektin sökülməsi nəticəsində ona ziyan vurulmasını iddia etsə də, bu hərəkətlərin həqiqətən də olması, qeyri-yaşayış sahəsinin məhz cavabdehlər (və ya onların göstərişi ilə) sökülməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib.
Onu da vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi məhkəməyə verdiyi izahatda “Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 35” ünvanında və onun ətrafında həyətyanı ərazilərdə abadlaşdırma işləri ilə əlaqədar idarə tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmadığını, həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahənin idarəyə boş torpaq sahəsi kimi ayrıldığını və orada heç bir daşınmaz əmlakın mövcud olmadığını bildirib.
Belə olduğu halda, eyni gündə bir neçə elektron media resursunda eyni sərlövhə ilə “Azİmport” MMC barədə həqiqətə uyğun olmayan, yalnız bir tərəfin mövqeyini əks etdirən məlumat yayması nəinki media qeyri-peşəkarlığının, həm də qərəzli və sifarişli münasibətin təzahürü hesab edilə bilər".
“Azİmport” MMC KİV-lə və ictimaiyyətlə əlaqələri önəmli sayaraq, hər hansı məsələ ilə bağlı onların müraciətlərini cavablandırmağa daim hazır olduğunu bir daha bəyan edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2021, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-01-2021, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti