reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb

reklam

Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək - Nazir pullu təhsilin ləğv ediləcəyi barədə də danışıb


“Təhsil kreditlərinin iki istiqamətdə olmasını düşünürük Onlardan biri sosial kreditlərdir. Həmin kreditlər isə faizsiz olacaq".

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

***

“Təhsil haqqının ləğv edilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər elə olsa, biz rəqabət prinsipindən uzaqlaşmıq olarıq”.

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələrində orta təhsil haqqı təxminən 2500 manatdır: “Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər. Təhsil haqqı ilə bağlı məsələyə fərdi qaydada baxmaq daha uyğundur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsini planlaşdırırıq. Bununla bağlı dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub”.


Paylaş:


Müəllif : Tarix:
22-01-2021, 14:31
Sikayət   


loading...
Загрузка...