reklam
Regionxeberlericom.az » Sosial » “Əfvlə bağlı şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılacaq” - AÇIQLAMA

reklam

“Əfvlə bağlı şəhid ailələrinin və qazilərin müraciətlərinə həssaslıqla yanaşılacaq” - AÇIQLAMA


“Əfvlə bağlı məsələlərdə şəhid ailələrinin və ya qazilərin müraciətləri olsa, buna daha həssaslıqla yanaşılacaq”.
Bunu Azvision.az–a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə hələlik Komissiyanın iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur:

“Hansı yeniliklərin olacağı və iclasın vaxtı ilə bağlı hələlik bizə məlumat verilməyib. O ki qaldı şəxsən mənə olan müraciətlərə, vətəndaşlar hər zaman bizə bu istiqamətdə üz tuturlar. Yəni təkcə Əfv Komissiyasına deyil, elə millət vəkili kimi bizə də mütəmadi müraciətlər edilir. Budəfəki əfvlə bağlı məsələlərdə şəhid ailələrinin və ya qazilərin müraciətlərinə həssaslıqla yanaşılacağı məsələsinə gəldikdə isə belə hallar olsa, təbii ki, mümkündür. Amma hələlik dediyim kimi bizdə heç bir məlumat yoxdur”.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Əfv Komissiyasının yeni tərkibi formalaşıb. Bu sahədə müəyyən yeniliklərin olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
25-01-2021, 16:47
Sikayət   


loading...
Загрузка...