reklam
Regionxeberlericom.az » Sosial » Əmrullayevə qarşı CƏBHƏNİ KİMLƏR AÇIB? - İDDİA

reklam

Əmrullayevə qarşı CƏBHƏNİ KİMLƏR AÇIB? - İDDİA


Ölkədə davam edən islahatlar və aparılan kadr dəyişiklikləri cəmiyyətdə birmənalı olaraq məmnunluqla qarşılanır. Uzun illər vəzifədə özünü toxunulmaz sanan, artıq “dövlət içində dövlət” statusuna iddia edən oliqarxlar qrupunun mütləq əksəriyyəti “sabiqlər” qrupuna çevriliblər. Bir çox hallarda “beşinci kolonun” təmsilçiləri olan “eks”lərin dövlətçiliyə vurdu zərbələrin izləri yəqin ki, hələ xeyli müddət sağalmayacaq.

Prezidentin qətiyyəti, “ağ inqilab” adlandırıla biləcək islahatları nəticəsində artıq yeni iqtidar komandası formalaşır

Prezidentin qətiyyəti, “ağ inqilab” adlandırıla biləcək islahatları nəticəsində artıq yeni iqtidar komandası formalaşır. Gənclərin üstünlük təşkil etdiyi yeni komandanın 44 günlük Vətən müharibəsində çevik fəaliyyəti islahatların ilkin nəticələri hesab oluna bilər.

Nazir təyinatından qısa müddət keçməsinə baxmayaraq, cəmiyyətdə kifayət qədər müsbət imic formalaşdıran Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin ilk dönəmləri təhsilimiz üçün bəlkə də ən ağır dövrə təsadüf etdi. Qlobal pandemiya səbəbindən bir ilə yaxındır ki, tədrisin dayandığı zamanda Təhsil nazirliyi mümkün olan ən maksimum işləri görür. Teledərslər, distant tədris vasitəsilə şagirdlərin təhsil almaları üçün şərait yaradılıb. Cəmiyyətin adət etmədiyi yeni bir tədris üsulunu hamıya qəbul etdirmək, şagirdləri bu prosesə cəlb etmək və bütün bunları ən qısa zaman kəsiyində formalaşdırmaq böyük zəhmətin nəticəsidir.

Azərbaycanın pedaqoji ictimaiyyətinin pandemiya dövründəki fəaliyyəti alqışa layiqdir

Həqiqətən də Azərbaycanın pedaqoji ictimaiyyətinin pandemiya dövründəki fəaliyyəti alqışa layiqdir. Bir daha qeyd edirik ki, bütün bu prosesləri çevik və operativ təşkil etməklə Təhsil nazirliyi üzərinə düşən ağır məsuliyyəti şərəflə yerinə yetirdi. E.Əmrullayevin müasir və innovativ düşüncə tərzi, iş prinsipi təhsil sektorunu mümkün böhrandan xilas etdi.

Yanvarın 22-də Təhsil nazirliyinin təşkil etdiyi brifinqdə fevralın 1-dən etibarən tədrisin mərhələli şəkildə bərpası barədə qərar qəbul edildi. Brifinqdə E.Əmrullayevin geniş və əhatəli çıxışı bir çox suallara aydınlıq gətirdi. Onun müəllimlər haqqında səsləndirdiyi müsbət fikirlər nazirdən daha çox bir həmkarın, dostun sözlərinə bənzəyirdi. Bu müəllimlərin çoxdan bəri eşitmək istədikləri sözlər idi. Yerli-yersiz tənqid olunmağa, hətta söyülüb təhqir olunmağa öyrənmiş pedaqoqlar anladılar ki, onların indiki naziri əsl müəllimdir!

Amma...nazirin qazandığı uğurlar, formalaşdırdığı müsbət imic kimlərisə möhkəm narahat edir deyəsən. Elə brifinqdən dərhal sonra sosial şəbəkələrdə,bir sıra KİV-lərdə başladılan çirkin kompaniya dediklərimizə sübutdur. Bir çox hallarda nazirin sözlərini konteksdən çıxardaraq istədikləri kimi yozanlarda təhsilə olan bu “MƏHƏBBƏT”in haradan qaynaqlandığını yaxşı bilirik. İslahatları qəbul etməyən, “ax necə kef çəkməli əyyam idi” düşüncəsiylə ötən günlərin xiffətini çəkən qaragüruhçu qüvvələr E.Əmrullayevin islahatçı xəttini qəbullana bilmirlər. Mövqeləri zəiflədikcə, tarixin arxivinə atıldıqca fəallaşmaq, suyu bulandırmaq istəyirlər. Alınmayacaq, keçməyəcək bu cığallıqlar. Azərbaycan təhsili öz nüfuzunu bərpa etməkdə, yeni mərhələyə qədəm qoymaqdadır. Bu yolda “kötük”lərə yer yoxdur. Özlərini yormasınlar.
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
26-01-2021, 09:59
Sikayət   


loading...
Загрузка...