“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
“Bura “Kür nasosnu” da deyilir, “Alüminium-stroy” da. Şəxsiyyət vəsiqəmizdə qeydiyyat yerimiz Samux rayonu göstərilib. Ancaq Samuxun icra hakimiyyəti bizi Şəmkirə, Şəmkirin icra hakimiyyəti isə Samuxa göndərir… Qalmışıq iki rayonun eyni adlı qurumunun arasında. O deyir, qazı bu çəkməlidir”, bu deyir, mənlik deyil, o çəkməlidir”. DİA.AZ bildirir ki, bunu Samux rayonu, Yenikənd kəndi yaxınlığında yaşayan bir qrup sakin deyir.
Bu ərazidə əvvəllər Gəncədəki Alüminium Zavoduna su ötürən nasosxana yerləşirmiş. Nasosxananın işçiləri də elə orada onlar üçün tikilmiş evlərdə yaşayırmış. 7-8 il əvvəl nasosxana fəaliyyətini dayandırsa da, keçmiş işçilər həmin evlərdə yaşamağa davam edib. Ancaq təxminən 25 ailənin yaşadığı yerdə nə qaz, nə də su var.
Ərazidə yaşayan sakin Asim Nəbiyev danışır: “Qaraağaclı qəsəbəsidir, Yenikənddir, Köbər kəndidir və daha bir neçə kənddir… Ana xətt bizim evlərin yaxınlığından keçib həmin kəndlərə uzanır, o kəndlərdə insanlar mavi yanacaqdan istifadə edə bilir, ancaq biz soyuqdan əsə-əsə gözümüzü dikmişik yaxınlıqdan keçib gedən qaz xətlərinə…”
Sakinlər dəfələrlə Samux Rayon İcra Hakimiyyətinə gediblər, onlara bildirilib ki, ərazi Şəmkirin ərazisinə düşdüyü üçün qaz xəttinin çəkilişi ilə də həmin rayonun aidiyyəti qurumları məşğul olmalıdır. İkinci Qarabağ Müharibəsi qazisi Arzu Səfərovun sözlərinə görə, eyni sözü Şəmkir Rayon İcra Hakimiyyətindən də eşidirlər: “Gedirik Şəmkirin icra hakimiyyətinə, orda da deyirlər, bir açın şəxsiyyət vəsiqənizə baxın, görün, yaşayış qeydiyyatınız hansı rayonun ərazisinə düşür… Əslində düz deyirlər, sənədlərimizdə yaşayış qeydiyyatı olaraq Samux rayonu göstərilib. Problemi də Samuxun aidiyyəti qurumları həll etməlidir. Meşədən odun qıranda Samux polisi gəlir, işıqpulunu Samuxun işıq idarəsi yığır, bütün işlərimiz Samuxladır, ancaq qaz çəkmək gələndə deyirlər, Şəmkirə gedin”.
Meşədən, odundan, cərimədən söz düşmüşkən, burada yaşayanlar qış gələndə istiliyi odun hesabına təmin etməli olurlar. Ancaq odunu əldə etməyin də başqa çətinlikləri var.
“Bir tərəfimiz Kürdür, bir tərəfimiz meşə… Meşəyə girən kimi bir tərəfdən meşəbəyi, bir tərəfdən polis, bir tərəfdən rayonun ekologiya şöbəsi başının üstünü kəsdirir. Cərimələnib çıxırsan… Gəlirsən evə, bilmirsən nə edəsən, uşaqlar, qocalar soyuqdan donur, adam üzlərinə baxa bilmir. Qoşursan elektrik qızdırıcını, elə 4-5 qonşu qoşanda, qısaqapanma baş verir, elektrik xətləri alışır. Bundan başqa, elektrik cihazlarından istifadə edəndə sayğac da çox yazır, burada yaşayanlar kasıb zümrədəndir, hamı çalışır işıqdan qənaətlə istifadə etsin ki, ayın sonunda işıqpuluya görə gələn bildirişi görəndə ürəkağrısına düşməsin”, – kənd sakini deyir.
“Bütün işlərimiz Samuxladır, ancaq qaz çəkmək gələndə deyirlər, Şəmkirə gedin”.
Sakinlərin daha bir problemi su ilə bağlıdır. Əsasən də yay aylarında ərazidə nə suvarma, nə də içməli su olur: “Kənddə bir artezian da yoxdur ki, adamlar içməli su ilə təmin olunsunlar. Yayda ağaclarımız quruyur, suvarmağa su tapmırıq. İcra hakimiyyətinin isə cavabı yenə dediyimiz kimi, eynidir. Deyirlər, bizim əraziyə düşmür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2021, 17:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2021, 17:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09