reklam
Regionxeberlericom.az » Sosial » Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE

reklam

Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE


Prezident İlham Əliyevin imzaladığı sərəncamla Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
Həmin vəzifəyə keçmiş Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə gətirilib.

Modern.az-ın məlumatına görə, 80 yaşlı Oqtay Şahbazov 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-ci ildən indiyə kimi isə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışırdı.

Oqtay Qəşəm oğlu Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olub.

Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlayıb. 1959-1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxuyib, Azərbaycan və alman dili müəllimi ixtisasına yiyələnib.
Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etdirib, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləyib.

1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib, 1990-ci ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunub. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.
Dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu" (2015) fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilmişdi (2011).

Oqtay Şahbazov hazırkı energetika naziri Pərviz Şahbazovun atasıdır.


Paylaş:


Müəllif : Tarix:
26-01-2021, 17:30
Sikayət   


loading...
Загрузка...