Azərbaycanda pandemiyadan sonrakı dövrə hazırlıq: - NƏLƏR ÇATIŞMIR?
Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran vəzifələr müzakirə olunub.
Baş nazir Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri səsləndirib. Həmin prioritet məsələlərdən biri də post-pandemiya dövründə görülməsi nəzərdə tutulan işlər olduğu bildirilib.
Baş nazir bildirib ki, post-pandemiya dövrünə ciddi hazırlıq işləri görülməli, orta və uzunmüddətli hədəflər dəqiqləşdirməlidir. Artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
Maraqlıdır, post-pandemiya dövrünə hazırlıqlara haradan başlanılmalıdır?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, post-pandemiya dövründə 3 istiqamətdə islahatların aparılması şərtdir:
“Azərbaycan iqtisadiyyatı üçün çağırışlar yalnız post-pandemiya dövründə hansı addımların atılacağı deyil. Bura post-neft, post- işğal və post- pandemiya- hər üçü Azərbaycan iqtisadiyyatı, eyni zamanda idarəetmə üçün çox ciddi çağırışlardır. Hesab edirəm ki, bu, bir dönüm nöqtəsidir və Azərbaycanın bundan sonrakı 50-100 ildə hansı formada inkişaf edəcəyi ilə bağlı ciddi çağırışların əsasının qoyulduğu zəruri bir dövrdür. Ona görə də başlanğıc olaraq iqtisadiyyatda idarəetməyə yanaşmanın dəyişməsi vacib məsələlərdəndir. Əgər yanaşma, iqtisadiyyata baxış dəyişməyəcəksə, görülən bütün tədbirlər, həyata keçirilən dövlət proqramları ciddi nəticələrə gətirib çıxarmayacaq. Necə ki, biz bunu strateji yol xəritələrində və digər dövlət proqramlarında gördük. Bu çağırışlar, birinci iqtisadiyyatın liberallaşması, iqtisadiyyatın açılması və beynəlxalq bazarlara inteqrasiya olunması, Azərbaycanın xarici bloklarda təmsilçiliyinin təmin edilməsi, hansı istiqamətlərdə işlər gedirsə, bu işlərin ən qısa zamanda başa çatdırılması zərurətini yaradır. Bunlardan başqa, siyasi islahatların həyata keçirilməsi, Azərbaycanın normal seçkili parlamentli respublikaya çevrilməsi, İcra Hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması, yerli özünüidarəetmə orqanlarının inkişaf etdirilib müəyyən bir səviyyəyə çatdırılması, yaxud bu istiqamətdə əsasların yaradılması şərtdir. Çünki nə qədər ki, biz rayon İcra Hakimiyyəti başçısını və digər idarə orqanlarını seçmirik, onların da əhali qarşısında heç bir öhdəliyi olmur. Dünya təcrübəsi göstərir ki, belə olan halda idarəetmə effektli deyil. Nəticədə həmin səlahiyyətli qurumlar zamanın çağırışlarına cavab verən addımlar atmırlar.
Yerli idarəetmənin formalaşdırılması, investisiya mühitinin təkmilləşdirilməsi, investisiya cəlbediciliyinin artırılmasında yerli idarəedici qurumlar maraqlı olmalıdır. Bunun üçün də onlar seçkili institut olmalıdır. Həmin qurum əhalinin problemlərindən və gəlirlərindən cavabdeh olduğu halda səmərəli işləyəcək. Əks halda, bu mümkün olmayacaq”.
Ekspert hesab edir ki, post-pandemiya dövründə iqtisadiyyatın inkişaf etdirilməsi üçün öncə müstəqil məhkəmələrin və investorlar üçün şəffaf rəqabət mühitinin yaradılması vacibdir:
“Buna görə də siyasi islahatla bağlı ciddi yanaşma olmalıdır. İlk növbədə müstəqil məhkəmələr yaradılmalıdır. İnvestor nə qədər ki, öz yatırımlarının təhlükəsizliyi ilə bağlı zərrə şübhəlidirsə, o ölkəyə investisiya gətirməyəcək. Hətta yerli investorların özü ölkədən pul çıxarırlar. Baxın, Azərbaycan bazarlarında investisiya mühiti var, rəqabətlilik çox zəifdir. Amma bunlara baxmayaraq, investorlar gedib xarici ölkələrdə yatırım edirlər. Bunun tək səbəbi risklərə qarşı özlərini sığortalamaq imkanı ilə bağlıdır. Biz nə qədər iqtisadi göstəricilərdə yüksək indekslər əldə etdiyimizi nümayiş etdirsək də reallıq başqadır. Son illərin təcrübəsi onu deməyə əsas verir ki, bu indekslər ölkəyə gəlir gətirməyəcək və gətirmir də. Çünki müasir investor bir neçə alətdən istifadə edərək vəziyyəti öyrənir. Onu indekslərlə aldatmaq olmaz. Ümumiyyətlə, post-pandemiya dövrü dünya üçün bir neçə çağırış yaradıb. Bunlardan biri gəlir bərabərsizliyinin mərhələli şəkildə azaldılması və yaxud bu istiqamətdə baş verən sürətli proseslərin qarşısının alınmasıdır. İkincisi, demokratik institutların daha da gücləndirilməsidir. Üçüncü isə liberal iqtisadiyyatın gücləndirilməsi məsələsidir. Azərbaycan qarşısında bu üç istiqamətdə çağırışlar yaranıb. Bunun üçün də qərar qəbul etmək çox vacibdir. Əgər qərarların böyük əksəriyyəti seçkili institutlar tərəfindən qəbul edilirsə, həmin qərarların işləkliyi və eyni zamanda yararlılığı daha yüksək olur. Yəni qərarqəbuletmə sahəsində təkmilləşmə və institutlaşmanın aparılması da vacib amillərdən biridir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2021, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2021, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
15-11-2024, 09:42
"İstilik olmadığından uşaqları baxça və məktəblərə göndərmirik" - Naxçıvan sakinləri
14-11-2024, 14:57