reklam
Regionxeberlericom.az » Sosial » İranda soydaşlarımıza daha bir QADAĞA: - Türk adlarına şəhadətnamə verilmir

reklam

İranda soydaşlarımıza daha bir QADAĞA: - Türk adlarına şəhadətnamə verilmir

İranda qeyri-farslara qarşı təzyiqlər davam edir. Güney Azəbaycanda hələ də insanlar övladlarına türk adları qoya bilmirlər.

GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, güneyli valideynlər yeni doğulmuş körpələrində "Ayıl", "Anar", "Sevgi" adlarını qoya bilmirlər. Müvafiq övlət qurumları bu adlana yasaq qoyub.

Balaca Sevginin atası Mehdi Qiyasi şəxsi “İnstagram” hesabında bu barədə yazıb. Onun sözlərinə görə, Vətəndaşlığın Qeydiyyatı İdarəsinin məsul şəxsləri bu adı sənədləşdirə bilməyəcəklərini bildirib.

Onun sözlərinə görə, öncələr bu adla bir sıra uşaqlara idarə tərəfindən doğum haqqında şəhadətnamə verilib. Lakin indi idarə məsulları qondarma bəhanələrlə bundan imtina edirlər.

Xatırladaq ki, bundan bir neçə ay öncə Meşkin şəhərində Ozan və Varan adlı əkizlərə, Tikantəpədə Onura adlarının türkcə olduğu üçün sənəd verilməsi problemə çevrilmişdi.

İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsinin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər. Bu siyahıda isə demək olar ki, türk adları yoxdur.

Türk adlarının çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən qanunsuz sayılır.


Paylaş:


Müəllif : Tarix:
28-01-2021, 12:17
Sikayət   


loading...
Загрузка...