Küçələrdə dolaşan COVİD-li xəstələr: cəza sərtləşdirilə bilər - həkimdən açıqlama
Dünya bir ildən çoxdur COVİD-19 (koronavirus) pandemiyası ilə mübarizə aparır. Ancaq hələlik virusun qarşısını almaq mümkün olmayıb. Düzdür, müxtəlif profilaktik tədbirlər həyata keçirilib, insanlar virusla davranışda təcrübələr əldə edib, bir çox cəmiyyətlər COVİD-lə yanaşı yaşamağı gözə alıb. Son iki ayda isə dünyada koronavirus əleyhinə peyvəndləmə başlanıb. Hazırda 60-a yaxın ölkədə vaksinasiya prosesi həyata keçirilir.
Peyvənd alıb, vətəndaşları mərhələli şəkildə vaksinasiya edən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan dövləti virus yayılan ilk günlərdən əhalinin qorunması üçün əlindən gələni etdi: iqtisadi maraqlar deyil, vətəndaşların sağlamlığı prioritet seçildi.
Təbii, ötən bir il ərzində həm vətəndaşlara, həm də dövlətə ciddi iqtisadi zərbələr dəyib. Bu, bütün dünyada belədir. Hər kəs istəyir ki, pandemiya bitsin və dünya ənənəvi yaşam formasına keçsin.
Lakin hələlik bunun yaxın aylarda baş verəcəyi inandırıcı görünmür. Çünki hazırda COVİD-19-a yoluxmaların dünyada yenidən yüksələn xətlə inkişaf etməsi müşahidə olunur. Təminən 15 gün öncəyədək Azərbaycanda da vəziyyət kritik həddə idi, gündəlik yoluxmalar 4 mini ötmüşdü.
Həmçinin, dünyada virusun yeni ştamları meydana çıxır.
Karantin qaydalarının sərtləşdirilməsi, SMS icazə sisteminin yenidən bərpasına ehtiyac yarandı və nəticələr əldə edildi: artıq yoluxma 150-200 nəfər civarındadır, müəyyən yumşalmalara gedilib. Rayonlara yollar açılıb, SMS-icazə sistemi ləğv edilib, mağazalar, iaşə obyektləri açılıb və s. Vaksinasiya prosesi də sürətlənir.
İndi hər şey vətəndaşların məsuliyyətindən asılıdır: əgər insanlar qaydalara əməl edərsə, yoluxma minimumə enə, yumşalmalar da davamlı olar və bir tədricən – yazadək daha rahat ciddi nəticələr əldə edə bilərik.
Lakin təəssüflər olsun ki, məsuliyyət məsələsində insanlarımız ürəkaçan davranış sərgiləmirlər. Vətəndaşların bir çoxu maskalardan düzgün istifadə etmir, fiziki məsafəni qorumur və s. Ən dəhşətlisi isə koronavirus xəstəsi olduğu halda bir çoxlarının küçələrdə dolaşması, virusu kütləvi şəkildə yaymasıdır.
Ötən il daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə 689, o cümlədən COVID - 19 diaqnozlu şəxslərin evdən çıxması ilə bağlı 674 cinayət işi başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin şəxslərdən 46 nəfər məsuliyyətə cəlb olunub.
Təsəvvür edin, insan bilir ki, xəstədir, amma çıxır küçəyə, onlarla insanı yoluxdurur. Bu, həm cəmiyyətə hörmətsizlikdir, həm birbaşa cinayət məsuliyyəti yaradır, həm də koronavirusun bitməsini, normal həyata dönməyi qəsdən, bilərəkdən əngəlləməkdir.
Yaşadığı yeri tərk etdiyi üçün saxlanılan 674 nəfər COVİD 19 xəstəsi hələ ələ keçənlərdir. Yüzlərlə saxlanılmayan, ələ keçməyən, yeri, hərəkət trayektoriyası aşkarlanmasın deyə telefonu evdə qoyub küçələrdə dolaşanların sayı da yüzlərlələdir. Başa düşmək lazımdır ki, dövlət hər COVİD xəstəsinə 1 polisi nəzarətçi qoya bilməz. Bu, mümkün deyil. Həmçinin, insanlar normal həyata dönmək, iş yerlərinin tam açılmasını, gəlirlərinin artmasını istəyirsə, bütün dünyanın bəlasına çevrilən koronavirusun bitməsi üçün hər kəs əlindən gələni etməlidir. Məsuliyyətsizliklə bu işi başa çatdırmaq olmayacaq.
İnsanlar arxayın olmamalıdır ki, vaksinasiya başlayıb və hər şey bitdi. Qətiyyən belə deyil. Əvvəla, hələlik vaksinasiya olunan vətəndaşların sayı heç 100 min nəfər deyil. Proses mərhələ ilə gedir. İkincisi, peyvənd olunmaq o demək deyil ki, insan COVİD-ə yoluxmayacaq. Yoluxacaq, sadəcə, xəstəliyi daha yüngül keçirəcək, ölüm riski minimuma enəcək. Ən əsası, əhalinin 50-60 faizi vaksinasiya olunduğu halda kütləvi immunitetdən danışmaq olar.
Fakt bundan ibarətdir ki, bundan sonra da vətəndaşlar məsuliyyətli olmalı və COVİD-lə bağlı təlimatlara, qadağalara əməl etməlidir. Yoxsa qarşıdakı aylarda yoluxmalar daha da arta və biz yenə keçən ilki kimi yaz-yay aylarında evə qapana bilərik.
Ankara Klinikasının baş həkimi, tanınmış doktor Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında dedi ki, nəinki COVİD-li xəstələrin küçəyə çıxması, ümumiyyətlə hər bir əlavə ünsiyyət, əlavə evdən çölə çıxmaq yeni yoluxmalara səbəb olur: “Məlum olan odur ki, həddindən artıq çox xəstə evdə müalicə alır və onların əksəriyyəti özbaşına müalicə almağa çalışır. Bir çoxu da qeydiyyata düşməkdən yayınır, səhhətləri bir qədər yaxşılaşan kimi öz işlərinə davam edir, ictimai nəqliyyatdan istifadə edir və sairə. Bir çox insanlar isə xəstəliyi asimptomatik keçirir, heç özləri də bilmir ki, virusa yoluxub, daşıyıcıdır. Bu səbəbdən vəziyyət təhlükəlidir. Hesab edirəm ki, ümumən yoluxmaların azaldılması üçün maarifçilik işi daha da artırılmalıdır. Eyni zamanda vətəndaş məsuliyyəti ciddi önəm kəsb edir. Biz COVİD-ə yalnız hamılıqla məsuliyyət dərk edərək qalib gələ bilərik.
İnsan düşünməlidir ki, əgər özündə hansısa bir əlamət hiss edirsə, bu durumda küçəyə çıxıb, qohum-qonşu ilə təmasda olacaqsa, virus bumeranq kimi onun evinə qayıdacaq və növbəti dəfə ailə üzvləri yoluxacaq. Yəni bu gün özü ilə küçəyə daşıdığı virus sabah öz evinə geri dönəcək.
Bəzən insanlar virus daşıyıcısı olduğunu bilmirlər. Odur ki, hər bir sağlam insan da özünü potensial daşıyıcı kimi qəbul etməli və ümumi qaydalara – məsafə saxlamağa, maskadan istifadəyə, gigiyenik normalara əməl etməlidir. Bu prosesdə üç amil – maarifçilik, məsuliyyət və məcburetmə paralel olaraq tətbiq olunmalıdır”.
Həkim deyir ki, insanların kütləvi olduğu yerlərdə nəzarət artırılmalıdır: “Məsələn, avtobusda tutaq ki, 20 nəfərin məsafəli şəkildə getməsi mümkündürsə, 21-ci adamın minməsinə yasaq qoyulamlıdır. Banklarda zalın tutumu 10 nəfərdirsə, 11-ci buraxılmamalıdır. Mağazalara kütləvi giriş olmamalıdır və sair. O ki qaldı COVİD olması rəsmən təsdiqləndiyi halda, təcrid tələbinə baxmayaraq küçələrə çıxanlara, bunun cəzası sərtləşdirilməlidir. Məsələn, əvvəllər maska taxmayanlar çox idi. Cərimə 200 manata qaldırıldı və bu gün demək olar ki, hamı maska taxır. Küçələrə çıxan COVİD xəstələrinə də sərt, örnək olası cəza verilməlidir ki, digərləri bunu təkrarlamasın. Paralel olaraq da təcrid edilmiş adamların sosial vəziyyəti ilə də maraqlanmaq, onların qayğılarını qarşılamağa çalışmaq lazımdır ki, onlar küçəyə çıxmağa bəhanə tapmasın. Bu işdə bələdiyyələr aktivliyini artırmalıdır, COVİD xəstəsi olan ailələri diqqətdə saxlamalıdırıar”.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2021, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-01-2021, 14:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07