Siraqəddin Cabbarovdan yaralı Qazimizə HƏQARƏT... - Sabirabad sakini NARAZILIQ EDİR
Orduya könüllü yazılan Əli Əliyev oktyabrın 2-də ağır yaralanıb. Sabirabad sakininin ayaqları sıradan çıxıb, o, hərəkət qabiliyyətini itirib. DİA.AZ xəbər verir ki, Əli Əliyev yaralanandan sonra Bakıdakı Hərbi hospitala gətirilib. Burada vəziyyətinin çox ağır olduğu müəyyənləşəndə onu Görmrük hospitalına köçürüblər. Yaralının qardaşı Şahsuvar Əliyev deyir ki, həmin xəstəxana koronavirusa görə bağlandığından Əlinin Tədris Cərrahiyyə Klinikasına göndəriblər.
“Sentyabrın 21-də aparmışdılar. Sabirabaddan döyüşə yollanan ilk 65 nəfərin arasında qardaşım da olub. Fəqərə sümüyü sınıb. Ayaqlarının əti tamamilə dağılmışdı. Vəziyyəti indi də sabit deyil”.
Əli Əliyev Rusiyada işləyirmiş. Amma oradan Azərbaycana qayıdaraq orduya könüllü yazılmaq qərarı verib. Anası Mətanət Əliyeva deyir ki, Əli döyüşlərə yollanmaq üçün dörd dəfə ərizə yazıb.
“Krasnodar şəhərində, Çeçenistanda, Dağıstanda işləyib. Sonra döyüşlərə görə qayıtdı. Dörd ay olacaq ki, xəstəxanalardadır. Üzünü o günlərdə görmüşük. Yanına buraxmırdılar”.
Mətanət Əliyeva deyir ki, ailəni məhz Əli dolandırırmış. Son vaxtlar yaşadıqları mənzili təmir etdirmək qərarına gəliblər. Amma Əlinin yaralanması hər şeyi yarımçıq qoyub.
“Evi söküb-tökmüşük. Daha düzəldə bilmirik. Dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə getmişəm. İcra başçısı qəbul eləməyib. Ümumiyyətlə, hökumətin bizə heç bir köməyi yoxdur. İcra hakimiyyətindən cəmi 150 manat veriblər. Onu da əvvəlcə götürməmişdik. Acığa düşüb üstlərinə atmışdıq. Əlbəttə, övladımızdı, arxasınca getməliyik. Amma o pul heç bu qədər yol xərcini görmür. Sonradan uşaq dedi ki, yatdığı yerdə nə televizor var, nə internet, ürəyi partlayır. Məcbur olub 150 manatı götürdük ki, uşağın interneti olsun”.
Əlinin anası evə pul gəlmədiyini bildirir. Ailənin sosial yardım almaq cəhdi də uğursuz olub.
“Üç övladım var, indiyə qədər onlar hökumətdən 5 manat da görməyib. Mənim uşaqlarım mis yığıb sataraq evə pul gətirməyə çalışıblar. Amma bir qəpik də görməmişik. Hansısa müavinət üçün rüşvət istəyiblər, verməmişik, ona görə də yardım almamışıq”.
Əli hələ müharibədən əvvəl nişanlanıbmış. Mətanət xanım keçən il toya müəyyən hazırlıq gördüklərini deyir. Amma oğlunun yaralanması hər şeyi alt-üst edib.
“İki-üç qoyun almışdıq ki, tol eləyəndə lazım olacaq. O heyvanları da satmışıq. Evimiz bərbad gündə, adam gəlir, xəcalət çəkirsən”.
Şahsuvar Əliyev anasının fikrini davam etdirir. Qarabağ qazisinin qardaşı deyir ki, dövlət orqanlarından ailəyə baş çəkənlər yalnız quru vəd verməyi bacarır: “Müraciət eləmədiyimiz yer qalmayıb. Ev bu gündə. Qardaşımın qazancına arxayın idik. O da bu vəziyyətə qaldı. Heç bilmək olmur evə nə vaxt buraxacaqlar. Gələnlər də söhbət eləyir, şəkil çəkib gedirlər. Yalandan danışıb getməyi bilirlər. “Bravo” qutu gətirmişdi, uzağı 27-28 manatlıq ərzaq. İcra Hakimiyyətindən 150 manat verəndə dedilər ki, hökumətin yalnız buna gücü çatır”.
Şahsuvar Əliyev deyir ki, qardaşı Rusiyada yaşayanda ailə yaxşı dolanırmış, korluq çəkməyiblər. İndi ən adi qayğıların öhdəsindən gələ bilmirlər: “Biz beşinci mərtəbədə yaşayırıq. Qardaşımı yalnız qucaqda idarə eləmək mümkündür. Hökumət onun özünə bir ev versə, yaxşı olardı. Bina evində onun yuxarı qalmağı, aşağı düşməyi çox çətin görünür. Gəlib burda bağrı çatlayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2021, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-02-2021, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07