“Banklar indi hər kəsə kredit vermir” – Yalnız bu şəxslərə, həm də bu şərtlərlə...
2020-ci ildə yeni verilən kreditlər üzrə faiz dərəcələrində enmə qeydə alınıb. Faizlərin enməsi həm manat, həm də dollarla verilən kreditlərdə müşahidə edilib.
Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına əsasən bildirir ki, ötən ilin əvvəlində manatla yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi 17.4 faiz olduğu halda ilin sonunda 15,65 faizə, xarici valyutada olan kreditlərdə isə 5 faizdən 3.4 faizə düşüb.
İl ərzində kredit faizlərinin bu qədər enməsi diqqəti cəlb edir. Nəzərə alaq ki, kreditlərin ucuzlaşması yeni cəlb edilən depozit faizlərinin sabit qalması fonunda baş verib. İlin əvvəlində olduğu kimi ilin sonunda da yeni cəlb edilən depozitlərdə faizlər manatda 8.3, dollarda 1.15 olub.
2021-ci ildə kreditlərin ucuzlaşması səbəblərini Sfera.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, faizlərin enməsinə 3 amil təsir göstərib.
"2015-ci ildən sonra bankların müştəri bazasında daralma müşahidə edilir. Əvvəlki dövrdən fərqli olaraq banklar indi hər kəsə kredit vermir. Yalnız kredit tarixçəsi müsbət olan, ödəmə qabiliyyəti yüksək olan, rəsmi gəlirə sahib olan şəxslərə kredit ayrılır.
Müəyyənləşdirilən prinsipə uyğun gələn müştərilərin sayı yetəri qədər deyil. Buna görə də banklar arasında ödəmə qabiliyyəti yüksək olan borcalan uğrunda rəqabət güclənib. Müştəri uğrunda mübarizə bankları məcbur etdi ki, faizləri müəyyən qədər korrektə etsinlər.
İkinci səbəb onunla bağlıdır ki, 2020-ci ildə tələb zəiflədi. Ötən il əhalinin həm real, həm də nominal gəlirlərində azalma qeydə alılnıb. Gəlirlərin azalması, iqtisadi fəaliyyət sahələrinin bəzilərinə məhdudiyyət gətirilməsi kreditlərə olan tələbi zəiflətdi.
Üçüncü əsas faktor kreditlərin strukturu ilə bağlıdır. Ötən il tikinti sektoruna dəstəklə basğlı əlavə tədbirlər çərçivəsində ipoteka məqsədli vəsaitlərin həcmi 80 milyon manat artırılıb. Bundan başqa sahibkarlığın inkişafı üçün 500 milyon manatlıq güzəştli kreditin bazara buraxılması ilə bağlı addımlar atılıb. Bu istiqamətdə 200 milyon manata yaxın vəsait sərf edilib. Bütün bunların sayəsində güzəştli şərtlərlə verilən kreditlərin ümumi kredit portfelində payı artıb və bu, nəticədə orta faiz dərəcəsini aşağı salan faktor kimi çıxış edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-02-2021, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-02-2021, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45