reklam
Regionxeberlericom.az » Sosial » "Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM

reklam

"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM


"Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işğaldan azad olunan bölgələrdə “məcburi köçkün” kimi qeydiyyata alınmış şəxslərə qarşı qanunsuzluqları sürür. Bu qurumda özbaşınalıq o həddədir ki, keçən ilin noyabrında, dekabrında imzalanan cavablar vətəndaşlara bu il göndərilir. (?) Ağdamın Seyidli kəndindən məcburi köçkün düşmüş İbrahimov Elçin Əfqan oğlu düz bir ildir “Qaçqınkom”un qanunsuzluğu ilə üz-üzədir. 2-ci dərəcəli əlil məcburi köçkün 01.02.2004 -cü il doğumlu oğlu Əfqan İbrahimovun artıq 17 ildir “məcburi köçkün” statusu olmasına baxmayaraq, bunu təsdiq edən vəsiqəni ala bilməsinə nail ola bilmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ali dövlət, hüquq mühafizə, insan hüquqları müdafiə qurumlarına şikayət edən əlil-məcburi köçkünün müraciətləri “Qaçqınkom”a göndərilir, oradan isə miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov yazır ki, qaydaların 4.1.6 maddəsinə uyğun olaraq, atası “məcburi köçkün” olan uşaqlara 16 yaşlarına çatdıqda “məcburi köçkün” vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Yəni, məktubla 16 yaşı bir il qabaq fevralın 1-də tamam olan Əfqan Elçin oğlu İbrahimova sözügedən vəsiqə verilməli olduğunu bildiriliir. Amma hələ də verilmir.

Məcburi köçkünün NK-dan, DTX -dan, İqtisadiyyat Nazirliyindən aidiyyatı üzrə “Qaçqınkom”a göndərilən müraciətini 18.12.2020-ci il tarixli məktubla cavablandıran şöbə müdiri Sənan Hüseynov qanunvericiliyin tələblərinə zidd olaraq məktubu bu ilin 31 yanvarında göndərib. Halbuki, müraciətə ən geci 15 günə cavab verilməlidir. Eyni zamanda, vətəndaş məcburi köçkünün “Qaçqınkom” sədrinin qəbuluna yazılmaq hüququna da “daha vacib işlərinin olması”(?) nədəni ilə qadağa qoyulub. Görəsən, “Qaçqınkom” rəhbərliyinin Konstitusiyadan da, dövlətdən də vacib hansı işləri var ki, dövlətin Ana Qanununa qadağa qoyub? Bəyəm məmurun vəzifəsi, işi xalqa xidmət etmək deyil?

Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin başlıca işi , adından göründüyü kimi, qaçqın və məcburi köçkünlərin problemlərinin çözülməsindən ibarətdir. Statusu olan şəxsə müvafiq vəsiqənin verilməsindən imtina edilməsi isə xidmət yox, özbaşınalıq sayılır. Məmur özbaşınalığı! Nə yazıq, nə Nazirlər Kabineti , hüquq mühafizə orqanları bu özbaşınalığa hüquqi qiymət verilməsini təmin edir ..."


Paylaş:


Müəllif : Tarix:
1-02-2021, 18:20
Sikayət   


loading...
Загрузка...