reklam
Regionxeberlericom.az » Sosial » Sakinlər övladlarını oxutdura bilmirlər... - GİLEY

reklam

Sakinlər övladlarını oxutdura bilmirlər... - GİLEY


Salyan Rayonun Varlı və Yolüstü kəndlərinə internet xətti çəkilməyib. Valideynlər distant təhsilə görə çətinlik yaşadıqlarını bildirirlər. Rayonunun Yolüstü kənd sakini Nizami Əliyev də internet xəttinin olmamasından şikayət edir. O bildirir ki, onun nəvələri 1-ci və 2-ci sinifdə oxuyur. “Onların dərslərindən geri qalmaması üçün hər ay 70 manat internet paketinə pul ödəyirəm. Aldığım əmək haqqı isə 6 nəfərlik ailəni dolandırmağa yetərli deyil. Ailədə də işləyən tək özüməm”.

Nizami Əliyev deyir ki, Yolüstü kəndində 300 ailə yaşayır. “Həmin ailələrin hamısı oxşar problemlərdən şikayətçidir. Kənddə internet xəttinin olmaması ilə bağlı kənd sakinləri olaraq Salyan rayon Telekommunikasiya Mərkəzinə dəfələrlə rəsmi şəkildə müraciət etsək də, bizə hər hansı köməklik göstərilməyib.”

Salyan rayonunun 2-ci Varlı kəndində yaşayan Şaiq Əliyev “Gözətçi”yə bildirib ki, online dərslərə görə hər ay internetə 30 manat pul xərcləməli olur. “Çünki Salyan rayonun 2-ci Varlı kəndində internet xətti yoxdur. Dərslər online olanda gərək bizim kimi kasıb ailələri də nəzərə alardılar. İnternet pulu ilə bərabər övladım normal təhsil ala bilsin deyə aylığı 25 manat olmaqla kreditlə telefon almağa da məcbur olmuşam.”

Ş. Əliyev deyir ki, pandemiya dövrü ilə əlaqədar bir çox ailələr kənddə oxşar çətinlikləri yaşayırlar.

Şikayət ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “Gözətçi”yə bildirildi ki, vətəndaşların sözügedən şikayəti araşdırılacaq.


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 09:23
Sikayət   


loading...
Загрузка...