reklam
Regionxeberlericom.az » Sosial » Universitetlər tələbələrə sənəd verməkdən imtina edir – Təhsil eksperti

reklam

Universitetlər tələbələrə sənəd verməkdən imtina edir – Təhsil eksperti


“1 fevraldan Təhsil Nazirliyi tələbələrin köçürülməsin, transferinə başlayıb. Proses çox şəffaf və obyektiv həyata keçirilir”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə təhsill eksperti Kamran Əsədov bildirib:

“Tələbələr ixtisas qrupları üzrə balları çatan ixtisası seçib müraciət edə bilərlər. Amma nə baş verir? Semester ərzində tələbəsi ilə maraqlanmayan, tələbəsinin dəyərini ancaq onun ödədiyi təhsil haqqı qədər görən universitetlər indi tələbələrə köçürülmə üçün lazım olan sənədləri təqdim etmir. Süni maneələr yaradaraq tələbələrə köçürülmə üçün tələb olunan müddətdə sənədləri vermək istəmir. Ümid edirəm ki, Təhsil Nazirliyi tələbələrin təhsil alma hüququnu təmin edəcək. Düşünürəm ki, tələbələrə hər hansı sənəd təqdim etmədən onun köçürülməsinə imkan vermək lazımdır. Onsuz da tələbə ilə bağlı məlumatlar elektron portalda var və müvafiq portala daxil olanda tələbə haqqında məlumatlar görünür”.

Kamran Əsədov təklif edir ki, xarici ölkələrdən köçürülmə üçün müraciət edən tələbələrin hamısı təsdiq olunsun:

“Bu, ölkədən kənara valyuta axınının qarşısını alacaq, həm də plan yerləri boş qalan universitetlərə kömək edəcək. Tələbə köçürülməsinin elektron formatda olması təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Ən azından universitetlər tələbələrini itirməmək üçün müəyyən addımlar atırlar”.


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 14:28
Sikayət   


loading...
Загрузка...