İnternetin qiyməti artacaq? - “Azərbaycanda bir çox sahələrdə anormallıq var”
Son günlər internetin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.
Məlumdur ki, indiyənədək internet qiymətləri ilə bağlı azalma tendensiyası müşahidə edilirdi.
Maraqlıdır, qonşu ölkələrdə internetin qiyməti və sürəti hansı vəziyyətdədir? Ölkə ərazisində internetin qiymətinin bahalaşacağı gözlənilirmi?
Britaniyanın BDRC Continental araşdırma şirkətinin mütəxəssisləri 8 aylıq araşdırmadan sonra bu ölkənin “Cable.co.uk” internet portalının şərhçiləri ilə birlikdə dünyada genişzolaqlı internetin qiymət əlçatanlığı ilə əlaqədar ölkələrin reytingini tərtib ediblər.
Dərc olunmuş hesabatda dünyada ən ucuz internetin İranda və ən bahalı internetin isə Burkino Fasoda olduğu bildirilib.
Reytinqin flaqmanı İranda genişzolaqlı internetin qiyməti orta hesabla 5,37 dollar təşkil etdiyi halda ikinci yerdə internetin ucuz olduğu ölkə Ukrayna olub. Ukraynada internetin orta aylıq qiyməti 5,52 dollar təşkil edir. Reytinqdə 3-cü yerdə Rusiya qərarlaşdırılıb. Bu qonşu ölkə internetin ucuzluğuna görə İran və Ukraynadan sonrakı yerlə qənaətlənməli olub ki, bu ölkədə internetin orta aylıq qiyməti 9,98 dollar təşkil edir(qeyd:milli valyutalar dollara nisbətdə dəyişir).
İlk onluğa qiymət səviyyəsinə görə, MDB məkanından Rusiyadan başqa Moldova, Belarus, Kazakstan və Gürcüstan daxildirlər ki, onlarında qiyməti uyğun olaraq 11 dollar, 12,77 dollar, 13,64 dollar və 16,65 dollar təşkil edir.
Qərbi Avropa ölkələrində tamamilə fərqli qiymət ardıcıllığı mövcuddur. Regionda ən ucuz internet İtaliyada(28,89 dollar), Almaniya(34,08 dollar), Danimarka(35,93 dollar) və Fransadadır(36,96 dollar). Müqayisə üçün qlobal reytinqdə 62-ci yer tutan Böyük Britaniyada genişzolaqlı internetin orta aylıq qiyməti 40,44 dollar təşkil edir.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media üzrə mütəxəssis Azər Həsrət bildirib ki, hazırda təkcə internet deyil, Azərbaycanda bir çox sahələrdə anormallıq müşahidə edilir:
“Dünyanın bütün ölkələrində istənilən sahədə xidmətin müştərilərinin sayı artarsa, onun qiyməti bir qayda olaraq aşağı düşür, keyfiyyəti isə yüksəldilir. Bu hal o səbəbdən baş verir ki, müştərilər vəziyyətdən məmnun olsunlar. Azərbaycanda da hər keçən il internet xidmətlərindən istifadə edənlərin sayı artır, müştəri bolluğu yaranır. Təəssüflər olsun ki, qiymət azalmaq yerinə, bir çox hallarda artırılır. Üstəlik də keyfiyyət aşağı düşür”.
Ekspert qeyd edib ki, sözügedən məsələ ilə bağlı ötən illərdə də narazılıqlar olsa da, vəziyyət dəyişməyib:
“Biz bunu ötən illərdə də dəfələrlə dilə gətirmişik. Təəssüflər olsun ki, vəziyyət düzəlmir. Bu baxımdan bu anormallığın növbəti dəfə də baş verə biləcəyinə şübhə etmirəm. Yəqin ki, belə bir anormallıq növbəti dəfə də baş verəcək.
Sual olunur ki, bu anormallıq niyə baş verir? Bu vəziyyət adamların nəfsinin iti olması, soyğunçuluğa köklənməsi, sadə insanları düşünməməsi, sadəcə olaraq öz qarınlarını doyurmağın qayğısına qalmasından qaynaqlanır. Bunun başqa adı ola bilməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-02-2021, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-02-2021, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09