“Azərbaycan avtomobillərinin Kəlbəcərə buraxılmaması necə normal ola bilər?!” - ETİRAZ
Rusiya sülhməramlılarının Qarabağda, Azərbaycanda narazılıqlara səbəb olan addımları davam edir. Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə, Azərbaycanın yük maşınlarının Kəlbəcərə buraxılmadığı əks olunur. Bildirilir ki, Azərbaycana məxsus yük maşınları Suqovuşandan o tərəfə, yəni Kəlbəcər istiqamətinə buraxılmır. Rusiya sülhməramlıları öz yük maşınlarını Suqovuşana gətirib, Azərbaycan maşınlarındakı yükü bu nəqliyyat vasitələrinə yüklənməsini və Kəlbəcərə daşınmasını tələb edirlər. “Kəlbəcərə Azərbaycan bayrağı və dövlət nömrə nişanı ilə girmək olmaz”, - deyə sülhməramlılar bildirirlər.
Rusiya Müdafiə Nazirliyi də bununla bağlı açıqlamasında, yüklərin sülhməramlılara məxsus nəqliyyat vasitəsilə Kəlbəcərə daşındığını təsdiqləyib. Hətta, məlumatda Suqovuşanın “Madagiz” olaraq qeyd edilməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev də Rusiyanın Qarabağda sülhməramlı qüvvələrinin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatda qeyd olunan funksiyalarından kənara çıxdığını bildirib. Prezident 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib ki, noyabrın 10-da imzalanmış bəyanat “gələcək fəaliyyət üçün əsas olmalıdır” və qeyd edib ki, “bu bəyanatdan başqa hər hansı bir digər sənəd imzalanmayıb”.
Bütün bunlara baxmayaraq, Rusiya sülhməramlıları Qarabağda özbaşına hərəkətlərini davam etdirirlər.
Baş verənləri AYNA-ya dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, bu özbaşınalıqlar bəzi hallarda yerli səviyyədə baş verir və nəticəsi sonradan məlum olur: “Yəni, bəzi hallarda ermənilərin müxtəlif cinayətkar dəstələri sülhməramlılarla əlbir olub bu cür siyasi dələduzluq edirlər. Bunun da müxtəlif səbəbləri ola bilər, lakin bu məsələlərin heç biri heç vaxt kütləvi hal almayacaq. Əgər kütləvi hal alsa, rəsmi Bakının buna çox ciddi və sərt reaksiyası ola bilər. Sadəcə, bəzi təxribatçı qurplar vəziyyəti gərgin şəraitdə saxlamaq üçün bu cür lazımsız manevrlərə əl atırlar. Amma bütün bunlara baxmayaraq, bu təxribatların heç birinin gələcəyi yoxdur. Onlar status-kvounu dəyişə bilməyəcəklər. Çünki yeni status-kvonu yaradan Azərbaycandır”.
“Onun da əsas göstəricisi ondan ibarətdir ki, məsələnin nəzarəti bizdədir, biz proseslərin hamısını həyata keçiririk və ona görə də bu məqamlara strateji diqqət yetirməyə elə də ehtiyac yoxdur. Çünki bu hadisələr taktiki məqamlardır, yəni xırda-para qüvvələrin əyalət səviyyəsində ata biləcəyi addımlardır və heç bir böyük siyasi təsiri də ola bilməz”, - analitik vurğulayıb.
Abbasov əmindir ki, bu cür özbaşınalıqlar kütləvi halsa, mütləq qarşısı alınacaq: “Düzdür, bu hadisələr ayrı-ayrı insidentlər kimi müəyyən zamanlarda özünü biruzə verə bilər, lakin sistemli şəkildə heç vaxt təkararlana bilməz və əks-təqdirdə qarşısı alınacaq. Təbii ki, Azərbnaycan tərəfi bu məqamların hamısını həm nəzarətdə saxlayır, həm Rusiyanın hərbi rəhbərliyi ilə müakirə edir, həm də bu məsələlərin yolverilməz hadisələr olduğunu onlara bildirir. Çünki bu, həm 10 noyabr üçtərəfli bəyanatında təsdiq olunmuş öhdəliklərin həyata keçməsinə mane olur, həm təhlükəsizlik mexanizmlərini parçalayır, həm də kommunikasiyaların yaradılmasına əngəl törədir və s. Bunların hamısı da riskləri artırmaq mqsədi ilə həyata keçirilir. Ona görə də bunlara göz yummaq olmaz. Təbii ki, Azərbaycan tərəfi də bu barədə məlmatlıdır və lazımi tədbirləri görür”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu AYNA-ya şərhində deyib ki, sülhməramlıların özbaşınalıqlarına son qoymaq üçün rəsmi Moskva ilə ciddi danışmaq lazımdır: “Həmçinin, problemlər tək bu məsələ ilə yekunlaşmır, bununla yanaşı, son günlər Xocavənddə erməni terrorçu Qaregin Njdeyə heykəl qoyulması, Rusiya hakim partiyasının üzvü olan deputat Vitali Milonovun Azərbaycan əleyhinə açıqlamlar verməsi də bu özbaşınalıqların göstəricisidir. Düzdür, Milonovun açıqlamasına görə, haqlı olaraq Rusiyanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı və xəbərdarlıq edildi, amma Qaragin Njde ilə bağlı rəsmi səviyyədə etiraz bildirilmədir. Əgər, hansısa anşlalmazlıq olubsa, bu anlaşılmazlığa da rəsmi səviyyədə izah verilməlidir”.
“Məsələn, bir tərəfdən Prezident yanvarın 6-da Nazirlər Kabinetinin onlayn konfransında bu özbaşınalıqlara etirazını bildirir, amma digər tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyev onlarla problemimizin olmadığını deyir. Yəni, Prezident problemlərin olduğunu deyir, amma onun köməkçisi hər şeyin normal olduğunu bildirir. Axı, sülhməramlılar Qarabağda erməni separatçılarına dəstək verir, separatçıları medalla təltif edirlər, erməni nazirlər qeyri-qanuni olaraq Qarabağa səfər edirlər. Həmçinin, son görüntülərdə bizim maşınların Kələbəcərə buraxılmaması necə normal ola bilər? Dövlət başçısı da vurğulayıb ki, onlar səlahiyytələrindən kənara çıxırlar. Ona görə də bu cür qarmaqarışıqlıq yaranır və bu boşluqlardan da Rusiya öz məqsədləri üçün istifadə edir”, - deyə politoloq vurğulayıb.
O, Rusiyanın yüz illərdir ki, Azərbaycan əleyhinə hərəkət etdiyini də qeyd edib: “Biz 200 ildir ki, Rusiyanın bu əməllərini görə-görə gəlmişik. İstər, Çar Rusiyaı, istər SSRİ, istərsə də Rusiya Federasiyası hər zaman tərəfdaş yox, vassal axtarıb. Azərbaycan isə Ermənistandan fərqli olaraq, Rusiyanın vassalı olmaq istəməyib və istəmir. Azərbaycan Türkiyə ilə artan xətt üzrə sıx əməkdaşlıq edir, Türkiyə ilə ittifaq qurub və bu da Rusiyada müəyyən mərkəzlərin xoşuna gəlmir. Ona görə də bu cür məqamlarla bizə təsir və təzyiq etməyə çalışırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2021, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2021, 09:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52