reklam
Regionxeberlericom.az » Sosial » Sabirabad Şəhər Poliklinkasında nə baş verir? - Ekspert Komissiyalarına kimlər və necə seçilir?

reklam

Sabirabad Şəhər Poliklinkasında nə baş verir? - Ekspert Komissiyalarına kimlər və necə seçilir?


Bu günlərdə ölkənin hüquq mühafizə orqanları bir neçə rayonda səhiyyə sistemində vətəndaşlardan pul tələb edən şəbəkə ilə bağlı həbslər həyata keçirdi. Masallı Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov həbs edildi. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirdilər. Rəsmi yayılan məlumatlarda baş həkim və baş mühasibin qanunları pozduğuna dair bilgilər yayıldı.

Ölkədə əhalinin narazı olması, vətəndaşların süründürülməsi, həmçinin onlardan pul tələb edilməsi halları ilə bağlı digər rayonlarda da prosses davam etdi. Daha bir neçə rayonda da səhiyyə sistemində baş verən neqativ hallarla bağlı araşdırmalar aparıldı. Hazırda da prossesin davam etdiyi bildirilir. Ölkədə bir neçə səhiyyə mərkəzində də vətəndaşların narazılıqları kifayət qədərdir.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən narazılıqların yer aldığı rayonlardan biri də Sabirabad rayonudur. Sabirabad Rayon Səhiyyə İdarəsindən də çoxsaylı narazılıqlar var. Xüsusilə baş həkim Ənvər Lümanovun prossesə rəhbərlik etdiyi barədə mətbuatda bilgilər verilib. Bildirilirdi ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi koronoviruslu xəstələrlə bağlı ilginc göstəriş verib. Xəstəlik səbəbindən müraciət edən vətəndaşların müalicə edilməsi, xəstəxanaya yerləşdirilməsi və onların dərmanla təmin edilməsinə yalnız bir şəxs baş həkim nəzarət edir. İddialara əsasən Ə.Lümanov koronovirusa yoluxan xəstələr üçün dövlət büdcəsindən nəzərdə tutulan dərmanları az sayda və xüsusi qaydada paylayıb.

Lakin rayon səhiyyəsindən narazılıqlar bununla da bitmir. Sabirabadda baş həkimin ətrafında formalaşmış bir çete var. Bu qrup halında fəaliyyət göstərən səhiyyə işçisi olan şəxslər özləri üçün kadrları yerləşdirir, onları vəzifəyə təyin edir və nəticə etibarilə də yaxşı qazanırlar. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən prossesin mərkəzi Sabirabad Şəhər Poliklinikasıdır. Bu səhiyyə ocağında xüsusi komissiyalar fəaliyyət göstərir. Komissiyalar vasitəsilə müraciət edən vətəndaşlara xəstəlik, əlillik, dərəcələri verilir. Şəhər Poliknikasında fəaliyyət göstərən Əlilliyin təyin olunması məqsədilə Tibbi-sosial ekspert komissiyası yaradılıb.

Baş həkimin rəhbərliyi altında formalaşdırılan komissiyada seçilənlərin namizədliyi arasında isə bu komissiyada təmsil olunanların tibbi təhsili ilə bağlı ilginc şübhələr var. Məlumata əsasən Sabirabad Şəhər Poliklinikasında formalaşdırılmış bu komissiyada təmsil olunanlar arasında təhsili ilə bağlı şübhələr ortada olan həkimlərdən biri də Namiq Niftəliyevdir. N.Niftəliyevin tibbi təhsili ilə bağlı məlumata keçməzdən əvvəl qeyd edək ki, onun komissiyada təmsil olunması da təsadüfi deyil. Belə ki, Namiq Niftəliyevin Tibbi-sosial ekspert komissiyasında təmsil olunmasında birbaşa rolu olan şəxs Sabirabad Şəhər Poliklinikasının baş həkimi Əlişirin Əliyevin rolu var. GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən Əlişirin Əliyevlə yaxın qohum olduğuna Namiq Niftəliyev exo-kardioloq olaraq komissiyaya üzv seçdirilib.

- Namiq Niftəliyevin tibbi təhsili ilə bağlı bir sıra açıq suallar da ortadadır. Bağlanmış və uzun illər dələduzluqla məşğul olan Elşad Abdullayevin rəhbəri olduğu Beynəqlxalq Universitetdən Odlar Yurdu Universitetinə köçürmə və tibbi sənədin alınması şübhələri...
- Bir zamanlar Sabirabadın baş həkimi işləmiş Əziz Mikayılov necə olub ki, Namiq Niftəliyevi tibb sahəsinə işə götürüb?
- Hazırda Tibbi-sosial ekspert komissiyasında təmsil olunmaq üçün N.Niftəliyevin tutduğu vəzifə, yəni həkim statusu hansı səviyyədədir və bu ona adıçəkilən komissiyada təmsil olunmaq üçün hüquq verirmi?
- Hazırda TƏBİB Sabirabad Rayon Səhiyyə İdarəsində araşdırma aparır. Bu araşdırmalarda Şəhər Poliklinikasında baş verənlər də araşdırılacaqmı?
Bu və digər suallarımıza yaxın günlərdə aydınlıq gətirəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
3-02-2021, 13:30
Sikayət   


loading...
Загрузка...