reklam
Regionxeberlericom.az » Sosial » GDU-nun baş müəllimi işlədiyi universiteti İFŞA ETDİ - QALMAQAL

reklam

GDU-nun baş müəllimi işlədiyi universiteti İFŞA ETDİ - QALMAQAL

Gəncə şəhər Prokuroru Azad Qarayev cənablarına Göygöl şəhəri Nizami küçəsi ev 26 ünvanında yaşayan GDU-nun ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev Bala oğlu tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prokuror! Bildirirəm ki, baş müəllimi olduğum GDU-nun fizika və texniki fənlər fakültəsində 08.02.2020 tarixində fizika müəllimliyi ixtisasının 32 qrup alt qrupunun 4 tələbəsindən mənim tədris etdiyim Radiofizika fənnindən yazılı imtahan keçirildi. İmtahanın nəticələrini yoxlayan zaman aydın oldu ki, ancaq bir tələbənin sualları mənim əvvəlcədən hazırladığım imtahan biletinin sualları ilə eynidir. Ancaq cavablar tamamilə qatışdırıldığından və məsələ həlli isə tamamilə səhv olduğu üçün sıfır balla qiymətləndirdim. Qalan üç tələbənin cavablarına əvvəlcə 19, 20 bal yazsam da, sonrakı yoxlamalar zamanı məlum oldu ki, yazılan cavablar heç bir biletdə olan suallara aid deyil. Bunun dərhal aşkar olunmamasının səbəbi isə nədənsə biletlərin nömrələnməməsi olmuşdur. Sonra diqqətlə baxıldıqda 4 cavabın da eyni xətlə yazıldığını gördüm. Buna imtahanın nədənsə şənbə günü keçirilməsi və saat 12 radələrində fakültəyə gələndə tələbələri orda görməməyim şübhə yaradır ki, tələbələr rüşvət müqabilində heç imtahana də gəlməmiş və onların əvəzinə müəllimlərdən kimsə özü tapa bildiyi sualların cavabını yazmışdır.

Cənab Prokuror! Bir neçə ay əvvəl GDU kafedra müdirinin DTX əməliyyatı nəticəsində elə iş yerində saxta diplom satışına görə həbs olunmasından sonra da GDU-da faktiki olaraq heç imtahana da gəlməyən tələbələrin əvəzinə müəllimlərin cavab yazmaları çox təəccüblüdür. Axı bu faktın özü elə tələbələrə verilən diplomların da satılan saxta diplomlardan heç nə ilə fərqlənmədiyini sübut edir. İndi aydın olur ki, niyə GDU məmurları Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi məni işdən qovmaq üçün şərləyib, məhkəmələrdə süründürürlər. Mən tələbələrdən rüşvət almadığım üçün bu mütəşəkkil dəstənin cinayət əməllərinə mane oluram. İndiyə kimi etdiyim şikayətlərə qanuna müvafiq baxılmadığına görə 52, 29 və 19 sutkalıq aclıq aksiyaları keçirməli olmuşam. Bunu nəzərə alıb, araşdırılma aparıb, rüşvət müqabilində imtahana belə gəlməyən tələbələr əvəzinə yazılı “imtahan” verən GDU məmurlarına CM-nin 311.2 maddəsinə görə cinayət işinin başlanılmasına sərəncam vermənizi xahiş edirəm".


Paylaş:


Müəllif : Tarix:
4-02-2021, 10:42
Sikayət   


loading...
Загрузка...