"Azəriqaz" özü dövlətə yük olub və dotasiya ilə işləyir - Yeni BAHALAŞMA GÖZLƏNİLİR
"Bu ilin yay ayında qazın qiymətinin qalxması gözlənilir".
Bu fikirləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspert qeyd edib ki, bunun səbəbi odur ki, "Azəriqaz" özü dövlətə yük olub və dotasiya ilə işləyir:
"Bundan başqa, işığın qiymətində də artım gözlənilir. Çünki suyun və yanacağın qiymətinin artması digər kommunal xərclərin də qalxmasına sirayət edib. Bu ilin əvvəlində qazın qiymətinin artması ilə bağlı "Azəriqaz" Tarif Şurasına müraciət edib".
R.Qarayev təəssüf hissi ilə qeyd edib ki, bizdə elmi institutlar sadəcə formal xarakter daşıyır:
"Ölkədə audit yoxlamaları ciddi aparılmır. Qiymətin qalxmasına müəyyən amillər təsir etməlidir. Hazırda sadalanan amillərin
təhlili üçün iqtisadçı olmağa dəyməz. Yəni adi bir
vətəndaş öz düşüncəsi ilə bu məsələni təhlil edə bilər.
Digər təəssüfedici məqam odur ki, nə qədər nəzarətedici orqanlar yaransa da, onların fəaliyyəti istənilən səviyyədə deyil. Səbəbin biri də, qohumbazlıq, tanışbazlıq, tapşırıqla işə götürmək və ya işə götürülən kənar adamların yuxarı vəzifəli şəxs tərəfindən idarə olunmasıdır.
Bu baxımdan bütün yük düşür əhalinin cibinə. Qiymət artımı ilə bağlı danışıqların nədən qaynaqlandığına baxanda, adamı gülmək tutur. Bir faktı qeyd edəcəm və bundan kənara çıxmayacam.
Deməli, Sabirabadda olan kəndlərə-Ulacalı, Bulduq səfər edilir. Müəyyən olunur ki, işıq dirəkləri əvəzinə yerdə ağaclar dirək kimi basdırılıb və kəndin bəzi yerlərinə bu formada xətlər çəkilib.
Hətta sayğac belə, həmin dirəyin üstündə qoyulub. Bu barədə hətta məqalədə yazılır və rayon İcra Hakimiyyətinin qəzeti olan "Muğanın səsi" qəzetində işıqlandırılır.
Məqalə isə göndərilir "Azərişıq"a və "Azərenerji"yə. Bir müddətdən sonra yerli elektrik şəbəkəsi də gəlib qəzeti götürür və məktub yazırlar ki, baxılacaq. Sonra zəng olunur ki, qeyd etdiyiniz məsələ öz həllini tapmasa nə edəcəksiniz? Müəyyən müddətdən sonra həmin kəndlərə yenə səfər olunur. Dəyişəcək heç bir şey olmur.
Yenidən məqalə yazılaraq, şəkillər qəzetdə yerləşdirilir. Sonda yenə heç bir iş görülmür. "Azərenerji" və "Azərişıq"dan kəndə bir nümayəndə belə gəlib məsələ ilə maraqlanmır.
Halbuki, "Azərişıq" və "Azərenerji"nin hesabatlarında hər şeyin yaxşı olduğu qeyd olunur. Belə faktlar "Azərsu"da, o cümlədən digər kommunal xidmət göstərən təşkilatlarda var".
Ekspert əlavə edib ki, həmin təşkilatlarda ciddi yoxlamalar aparılsa və rəhbərliyin özü cəzalandırılsa müsbətə doğru dəyişikliklər olar:
"Hesab edirəm ki, elmi tədqiqat institutları lazımi formada işləsə, o cümlədən iqtisadçıların fikri, əhali arasında qiymət artırılmamışdan öncə hər hansısa sorğu aparılarsa, nəticə qiymət artımı ilə yox, azalması ilə müşahidə olunar".
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2021, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2021, 12:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34