“Azərpoçt” MMC-də “at oynadan” və heç kimin gücü çatmadığı Emin Kərimli kimdir? - ARAŞDIRMA
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktorunun müavini Emil Verdiyev işdən çıxarılıb. Etibarlı mənbədən Hurriyyet.org-a verilən məlumata görə, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevin də işdən çıxarılması barədə yeni təyin edilən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev tərəfindən əmr imzalanıb.
Ötən il Hürriyyətin redaksiyasına müraciət edən 132 saylı poçt şöbəsi kollektivi 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını bildirmişdi. Belə ki, kollektiv digər şöbələrdə kifayət qədər nöqsan və çatışmamazlıq, həmçinin maliyyə pozuntuları olmasına baxmayaraq, Emin Kərimlinin qərəzli şəkildə işçilərə qarşı əsassız ittihamlarla qeyri-qanuni tədbirlər gördürüyünü vurğulamışdır. Mövzuyla bağlı araşdırma apardıqdan sonra məsələni qəzetimizdə işıqlandırmışdıq. Daha sonra, filial rəisi vəzifəsindən azad olunan Emin Kərimli, qanunsuz əməllərinə baxmayaraq “Azərpoçt” MMC-nin istismar şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Mənbənin verdiyi məlumata görə, iclas zamanı Emil Kərimli “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevə yenidən işlə təmin edilməyəcəyi təqdirdə rəhbərliyin bütün qanunsuz əməllərini ictimiayyətə açıqlayacağını bildirib. Emil Kərimlinin qarşısında çarəsiz qalan Emin Əfəndiyev onu “Azərpoçt” MMC-də vəzifəyə təyin etmək məcburiyyətində qalır.
Məlumata görə, Emin Kərimli “Azərpoçt” MMC-də qərzəli olduğu işçilərə qarşı əsassız ittihamlarla və qeyri-qanuni tədbirlərlə ittihamlar irəli sürür. Bununla da o həmin əməkdaşların işdən çıxarılmasına çalışıb.
Əldə etdiyimiz digər məlumata görə, 40 və 142 saylı poçt şöbələrinin rəisləri əməkdaşlara hər ayın sonu “tas” (maaşlarının müəyyən hissəsini) qoyur. Pullar verilmədiyi təqdirdə işdən çıxarılmaqla bağlı xəbərdarlıq edilir. 40 saylı poçt şöbəsinin rəisi Sima İsayevanın şöbə daxilində “qara bazar” yaradaraq dollar satışıyla da məşğul olduğu deyilir. Sözügedən poçt şöbə rəislərini himayə edən Emin Kərimlinin olduğu qeyd edilir. Aylıq yığılan pullar da birbaşa Emin Kərimliyə çatır. Baş vermiş qanunsuz əməllərlə bağlı, 142 saylı poçt şöbəsinin xanım əməkdaşları dəfələrlə filial rəisinin qəbulunda olsalar da şikayətlərinə səthi şəkildə yanaşılır. Çünki, müvəqqəti filial rəisi vəzifəsinə gələn şəxsin də Emil Kərimlinin tapşırıqlarını icra etdiyi vurğulanır.
Bundan əlavə, “Azərpoçt” MMC-nin Təhlükəsizlik Xidmətinin rəisi Şakir adlı şəxs və Kadrlar Şöbəsinin rəisi Nüşabə Gözəlova da Emin Kərimlinin göstərişlərini icra etməklə, müxtəlif qərəzli olduğu şəxsləri işdən azad etdirir. Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə Emil Kərimlinin qanunsuz əməlləriylə bağlı göndərilən bütün məktubların qarşısı bilərəkdən alınır.
“3 saylı poçt filialının rəisi Emin Kərimli bildirir ki, heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”.
Bunu Hurriyyet.org-a ötən il qəzetimizdə yayımladığımız yazıda 132 saylı poçt şöbəsinin kollektivi bildirmişdir. Onlar 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını qeyd etmişdilər. Bütün deyilən faktlara əsasən deyə bilərik ki, Emin Kərimli həqiqətən də heç kimdən qorxmur və arxasında dayanan “oğlanların” sayəsində , “Azərpoçt” MMC-də at oynadır. Bundan əlavə 3 saylı poçt filialının rəisi işlədiyi vaxtlarda Emin Kərimli Razin qəsəbəsində 40 nömrəli, Yeni Günəşli qəsəbəsində 133 nömrəli və Qara Qarayevdə 2 nömrəli filialları şəxsi məqsədləri üçün icazrəyə vermişdir. Həmin obyektlərin ofis, idman zalı və kompyuter satılan mərkəz kimi istifadədə olduğunu ötən il yayımladığımız yazıda da qeyd etmişdik. Bu, hələ bildiklərimizdir.
Ümid edirik ki, Prezident İlham Əliyev tərəfindən yeni təyin edilən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “Azərpoçt” MMC-də baş verən qanunsuz əməllərin qarşısını alacaq və Emin Kərimlinin törətdiyi əməllər ətraflı şəkildə araşdırılaraq hüquqi qiymət veriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2021, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2021, 16:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45