"Burada şagirdlərin təqaüdləri mənimsənilir..." - Tovuzdan ŞİKAYƏT
Redaksiyamıza Azərbaycan Respubilkasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Təhsil Naziri Emin Əmrullayevə və digər əlaqədar orqanlara ünvanlanmış müraciət daxil olmuşdur. Aktualxeber.az-a üz tutan Tovuz Peşə Liseyinin bir qrup müəllimləri bizim vasitəmizlə problemlərinin ictimailəşdirilməsini istəyirlər. Müraciəti olduğu kimi veririk:
“Cənab Prezident!
Biz müəllimlər Sizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyiniz gərgin əməyinizi yüksək qiymətləndirir, Azərbaycan xalqına bəxş etdiyiniz bu sevinc üçün Sizə uzun ömür diləyirik. Siz bizim daimi Prezidentimizsiniz! Ancaq çox təəssüf ki, Sizin belə işinizin gərgin vəziyyətində öz qanuna zidd hərəkətləri ilə bizi Sizdən narazı salmağa çalışan məmurlar da var. Amma Siz bizim fəxrimizsiniz. Qeyd edək ki, Liseyin direktoru işlədiyi qısa 3-4 il ərzində Liseydə heç bir fənndən vakant yer olmadığı halda qeyri-qanuni 90 nəfər texniki işçi və müəllim götürmüşdür. Həmin müəllimləri direktor işə götürərəkən heç biri müəllimlərin işə qəbulu imtahanından keçməmişdir, daxili əmrlə işə götürmüşdür. Özünün maddi marağı olan yeni qrupları peşə Agentliyinə sifariş vermişdir. Bu qruplar arıçı, xalçaçı, aşpaz, üzümçü, şərabcı, bitkiçilik, baramaçı və s. qruplardır. Bu qrupları öz maddi maraqlarına uyğun yeni ustalar və müəllimlər götürmüşdür. Burada oxuyan şagirdlərin təqaüdlərini də müxtəlif yollarla mənimsəməyə nail olmuşdur.
Mən Vəliyeva Aliyə institutu fərqlənmə diplomu ilə qurtarmışam. İxtisasım Mühəndis mexanikdir.1986-ci ildən bu liseydə müəllim işləyirəm. Liseydə bu ixtisasa həmişə ehtiyac olmuşdur. Lisey traktorçu, maşınçı ixtisasının üzərində qurulmuşdur. İxtisas müəllimi Hacıyev Qara müəllim də 40 ildən çoxdur ki, liseydə müəllim işləyir, qabaqcıl müəllimlərdən biridir. Qara müəllimin də aylığı 98 manat olmuşdur. Əhmədova Flora da bu ixtisasda 40 ildir ki, çalışır. Nə yazıq ki, biz müəllimlər 40-50-90 manata ümidli qalmışıq və bizim kimi yazıq olan müəllimlər liseymizdə çoxdur. Tanrıverdi müəllim hər ilin başlanğıcında tarifikasiya adı altında pul yığımı işlərini həyata keçirir. Biz bu pul yığımından imtina etdiyimiz üçün bu qrupları Peşə Agentliyinə sifariş verməmiş özünə “Xeyr verən” qruplar sifariş vermişdir.Halbuki Peşə Liseydə traktorçu, maşınçı qrupuna həmişə ehtiyac var. Tovuz rayonu kənd təsərrüfatı rayonudur. Üzümçülük, kartofçuluq, taxılçılıq sahələrini inkişaf etdirmək üçün traktorçu, maşınçı, təmirçi, cilingər peşələrinə çox ehtiyyac var. İki ildir bu ixtisaslara gələn uşaqlar ixtisas olmadığı üçün əliboş geri qaydırlar. Direktor Tanrıverdi müəllim deyir ki, traktorçu, maşınçı qrupunun müəllimlərinin mənə heç bir xeyri yoxdur, ona görə də bu qruppanı gətirmirəm.
Mən Qasımova Klara diaqnostik qiymətləndirmədən ən yüksək bal toplamışam. Üzümçülükdən dərs demişəm. Tanrıverdi müəllimin qeyri qanuni götürdüyü 90 işçi çoxluğu nəticəsində mən də cuzi bir maaş almışam, tək qadınam, oğlum cəbhədədir.
Mən Həsənova Təranə 1988-ci ildən litseydə komputer texnologiyası və informatika fənnindən dərs deyirəm. Bu fənndən qanuni əmrlə işləyən iki nəfərik. Liseydə bu fəndən olan dərs yükü bizi təmin etmədiyi halda direktor öz daxili əmri ilə beş nəfər informatika müəllimi götürüb. Bu da ona bəs etmədi – bizə aid olan dərsləri ixtisasları olmayan qeyri müəllimlərə də verdi. Müəllim deyə işə götürdükləri eyni gündə, eyni saatda həm liseydə dərsi olurdu, həm də Gəncədə güya əyani oxuyurdular. Bu il liseyə direktorun götürdüyü xadiməni, katibəni, kadrlar üzrə mütəxəsisi, o biri ili əlinə jurnal alıb siniflərdə dərs apardığını görürük. Bu işlər hansı qanunda var. 2019-2020-ci dərs ilində özəl ödənişli qrupda mən keçdiyim 30 saat dərsin pulunu ondan hələ də ala bilmirəm. Bu qanunsuzluğa son qoyulsun. Qeyri-qanunu işə götürdüyü müəllimlər liseydən azad olunsun. Bizim dərslərimiz özümüzə qaytarılsın. Mənim kimi bir neçə müəllimin özəl qrublardan olan 1 illik maaşı mənimsənilmişdir. Bizim pozulmuş hüquqlarımızn bərpasında köməklik edin. Aylığımız ödənilsin xahiş edirik. Bizim şikayətlərimizə müraciət etdiymiz yerlər düzgün baxmırlar, şikayəti yerli orqanlara göndərirlər. Onların da heç biri işə düzgün baxmırlar. Bizə cavab verirlərki, “ yazdığınız nöqsanlar haqqında heç nə aşkar olunmadı. Dərslərinizin azalması qrup azlığına görədir”. Amma ortada faktlar var, liseydə qruplar yetərincə var. Tək olmayan traktorçu maşıncı qruplarıdır. Bizim dərslərin azalmasına səbəb onun qeyri qanuni götürdüyü müəllimlərdir.
Mən Qasımov Natiq liseydə “elektrik qaz qaynağı” qrupunun ustası idim. İki ildir məni ustalıqdan çıxardıb dərs verib. Mənim yerimə isə mənim qrupumda təhsil almış bir tələbəni usta keçirdi. Mənə direktor dedi ki, bu tələbənin ali təhsili yoxdur. Ona dərs verə bilmərəm, onu qrup ustası keçirim, sənə də dərs verim. T.Tanrıverdiyevin öz maddi maraqlarına görə gətirdiyi tələbə ustanının nəticəsində mənim aldığım aylıq 70 manat olmuşdur. Xahiş edirik bizim pozulmuş hüquqlarımızn bərpasında köməkdarlıq edəsiniz.
Mən Məmmədova Aybəniz uzun illərdir ki, dərzi qrupu ustası idim. Mənim qrupumu da Peşə məktəbini qutarmış tələbəyə satdı və məni cuzi bir dərslə təmin etdi. Aylığım aşağıdır, bizə köməkdarlıq edin.
Tanrıverdiyev işlədiyi müddətdə ailəsini də işlə təmin etmişdir. Oğlunu və gəlinini də liseyə müəllim kimi qeyri-qanuni işə götürmüşdür.
Cənab Prezident! Xahiş edirik bizim müraciətimizə baxılmasına şəxsən özünüz nəzarət edəsiniz. Çünki yerli orqanlar bizim şikayətimizə baxmır, bunları ört basdır edir. Xahiş edirik liseydə koruppsiya faktlarının qarşısı alınsın, məmur özbaşınalığına son qoyulsun, T.Tanrıverdiyevin işlədiyi müddətdə qeyri-qanuni götürdüyü işçilər liseydən azad olunsun. Onun direktor işlədiyi müddətdən iş fəaliyyəti ciddi yoxlanılsın. Əvvəlcədən Sizə təşəkkür edirik”.
Hörmətlə, Tovuz Peşə Liseyinin bir qrup müəllimləri, Vəliyeva Aliyə, Həsənova Təranə, Qasımova Klara, Qasımov Natiq, Hacıyev Qara, Əhmədova Flora, Məmmədova Aybəniz.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2021, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2021, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54