Koronavirusa qarşı təkrar peyvəndə hansı halda ehtiyac olmadığı açıqlanıb
Artıq bir neçə həftədir ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər: "Bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir. Hələlik vaksinasiya edilənlər yalnız bir inyeksiya alıblar. İkinci inyeksiya ediləndən sonra bir müddət keçməlidir ki, orqanizmdə infeksiyaya qarşı anticisimlər formalaşsın. Yalnız həmin prosesdən sonra vaksinasiyanın ilk nəticələrini görmək olar. Vaksin olunanların sayı artdıqca, müsbət nəticələr də özünü göstərəcək. İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir".
“Vaksin vurulandan sonra da xəstələnmək mümkündür. Bu, bir tərəfdən inyeksiyadan sonra az müddət keçdiyinə görə vaksinin öz təsirini göstərməməsi və qoruyucu anticisimlərin formalaşmaması ilə əlaqədar ola bilər. Yaxud peyvənd olunandan sonra əmələ gələn immunitetin zəifləməsi nəticəsində baş verə bilər. İmmunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır”, - baş infeksionist bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-02-2021, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-02-2021, 16:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT