reklam
Regionxeberlericom.az » Sosial » Ənənəvi dərslər başlayan kimi şagirdlərdə yoluxma niyə açıqlandı? - RƏSMİ AÇIQLAMA

reklam

Ənənəvi dərslər başlayan kimi şagirdlərdə yoluxma niyə açıqlandı? - RƏSMİ AÇIQLAMA


Fevralın 1-dən məktəblərdə ənənəvi tədrisin bərpa olunmasından bir gün sonra artıq Təhsil Nazirliyi şagirdlər arasında yoluxma statistikasını açıqlamağa başlayıb. Koronavirus infeksiyasına yoluxma və aşkarlanmanın günlər sonra müəyyənləşdiyi halda fevralın 2-də statistikanın açıqlanması valideynlər arasında şübhə doğurub. Hətta bəzi valideynlər bu rəqəmlərin qəsdən açıqlandığını, dərslərin yenidən onlayn rejimə keçəcəyini düşünür.

Digər tərəfdən ənənəvi tədrisin hansı səbəbdən bərpa olunması ilə bağlı “Votsap” sosial şəbəkəsində səsyazısı yayılıb. Məlumatda ibtidai siniflərdə oxuyan şagirdlərin qəsdən koronavirusa yoluxdurub onlar üzərində araşdırma aparılacağı iddia olunur.

Sözügedən iddialarla bağlı“MediaPost”a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şagirdlər arasında yoluxmanın məktəbdə baş vermədiyini bildirib.
Təhsil Nazirliyinin sözçüsü ibtidai siniflərdə oxuyan şagirdlər üzərində araşdırma aparılacağı ilə bağlı yayılmış səsyazısına münasibət bildirmək istəməyib.


Paylaş:


Müəllif : Tarix:
5-02-2021, 15:29
Sikayət   


loading...
Загрузка...