reklam
Regionxeberlericom.az » Sosial » “Azərsu” ASC-dən su sərfiyyatının yeni tariflərlə hesablanması ilə bağlı VACİB AÇIQLAMA - FOTO

reklam

“Azərsu” ASC-dən su sərfiyyatının yeni tariflərlə hesablanması ilə bağlı VACİB AÇIQLAMA - FOTO

Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün “Azərsu” ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunma göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır. Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.

Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır. Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.

Abonentlərin diqqətinə çatdırılır ki, sayğacların oxunması sosial izolyasiya tədbirlərinin tələblərinə (tibbi maska taxmaq, sosial məsafə gözlənilməklə) əməl etməklə həyata keçiriləcək. Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün “Azərsu” ASC tərəfindən alternativ imkanlar da yaradılıb. Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini seçməklə, həmçinin Facebook və Teleqram sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən 1 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesablamalar yeni tariflərlə aparılır.







Paylaş:


Müəllif : Tarix:
5-02-2021, 17:37
Sikayət   


loading...
Загрузка...