reklam
Regionxeberlericom.az » Sosial » Baş həkimsiz xəstəxana daha sakit görünür... - Masallıda DURUM...

reklam

Baş həkimsiz xəstəxana daha sakit görünür... - Masallıda DURUM...


Bəziləri zarafatca deyir ki, baş həkimsiz xəstəxana daha sakit görünür. Necə ki, Cəlilabad rayonunda həyat icra başçısız normal şəkildə davam edir.
İlkin müşahidələr göstərir ki, baş həkimdə cəmlənmiş möhürlər aidiatı şəxslərə qaytarılıb.
Hazırda burada işlərə rəhbərlik poliklinikanın müdiri Rasim Əzizova həvalə edilib.
Masallı Mərkəzi xəstəxanasında sükutu hələlik hər cümə axşamı, yəni komissiya günü işləri müşkülə düşmüş onlarla pensiyaçı pozur. Ötən cümə axşamı onlara bildiriblər ki, növbəti cümə axşamı gələrsiniz. Bu cümə axşamı isə “Özümüz də bilmirik nə olacaq, haçan təzə rəhbər təyin olunsa, o vaxt gələrsiniz”-deyirlər.
cenub.az bildirir ki, pensiyaçılar 2 qrupa bölünür. Birinci qrupa pensiya üçün “şirinlik” verib, lakin pensiya almağa nail ola bilməyənlərdir. Hansı ki, bunların sayının 400-500 arası, verdiyi “şirinliyin” isə təxminən 1 milyon manata yaxın olduğu bildirilir. Bunların məsələsinin necə həll olunacağı isə olduqca müəmmalıdır.
Bir də var, hazırda pensiya alıb, təkrar, 5 ildən bir komissiyadan keçməli olanlar. Hansı ki, belələrinin sırasında yüzlərlə saxta pensiya alanların olduğu bildirilir. Bəzi kəndlərdə isə az qala bütüm ailə üzvləri saxta pensiya şansından faydalanıb, xüsusən 1-ci qrup göz xəstəsi adı ilə. Yəni, real komissiya olsa, ən azı bunların yarısı-200-300 nəfəri pensiya almaqdan məhrum ola bilər – sənədləri saxta yolla hazırlandığı üçün. Yəni, “ələkdən” keçməyənlərin də Mehman filmində deyilmişkən “qızıl saatı” da danışa, bu istiqamətdə ciddi problemlər yarada bilər.
Cenub.az- daxil olan məlumata görə, Masallı Mərkəzi xəstəxanasında isə həkimlər yanvar ayının əmək haqqını ala bilmir. Bunun üçün səhiyyə başkanın Asan imzası lazımdır. Cəlil müəllimin isə həbsdə olsa belə, hələ də işdən azad olunması barədə heç bir məlumat yoxdur, yerinə namizədlərin isə sayı elə də çox deyil. Əvvəllər İlqar və Nahid doktorların adı hallaşa da, sonrada xəbərlər təsdiqi tapmadı. Hətta namizədlər sırasında Bakıdan, Naxçıvandan olan şəxslərin adı hallanır.
Namizədlərin isə maraqlı şərti var-
xəstəxananın direktoru olsam, baş həkimi kim təyin edəcək?
Çünki yeni qaydalara görə, xəstəxananın direktoru bütün təsərrüfat-maliyyə işlərinə, baş həkim isə ancaq müalicə məsələləri ilə məşğul olacaq. O cümlədən poliklinikanın müdirinin səlahiyyətləri xeyli azalacaq. Baş həkim isə ənənəvi “şirinliklərdən” arzu olunan səviyyədə faydalana bilməyəcək. Çünki icbari sığorta qaydalarına görə həkimlər xəstədən pul almayacaq, amma sığorta fondundan onlara aylıq 600-1000 manat arası məvacib veriləcək. Yəni həkim “levi” almayacaq ki, aldığının da “cəriməsin” yuxarı ötürsün.
Qaldı ki, tibbi sığorta məsələsi, burada işlər çox qəliz və müəmmalıdır. Tibbi sığortanın tətbiqindən 1 aydan artıq vaxt keçsə də, təxmini hesablamalara görə təkcə Masallıdakı təşkilatlardan icbari sığorta ilə bağlı 100 min manatdan artıq pul köşə də, hələ də xəstəxanada müalicə-filan dədə-baba qaydası ilə aparılır. Yəni, ver pulunu, al müalicəni.
Daha heç nə demirik, qalan işləri fantaziyanızı işə salıb nəticə çıxardın-çünki heç kimdən real informasiya almaq mümkün deyil. Necə deyərlər, çox danışırlar ki, heç nə deməsinlər (Bir-birimizi süzə-süzə, zəifləri əzə-əzə, hər şeyə dodağımızı büzə-büzə, yalanların içində üzə üzə kommunizmə, demokratizmə gedirik)
Cəlil Nəzərovun isə hazırda Kürdəxanı həbsxanasında saxlanıldığı deyilir. Allah qapışın açsın. Bir də qara maskallılar yolu Masallıya düşməsin. Çünki bütün hallarda uduzan masallılar olur.
Zahir Əmənov cenub.az


Paylaş:


Müəllif : Tarix:
8-02-2021, 11:07
Sikayət   


loading...
Загрузка...