reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda uşaqlar niyə intihar edir? - Valideynlərin savaşı və unudulmaq...

reklam

Azərbaycanda uşaqlar niyə intihar edir? - Valideynlərin savaşı və unudulmaq...

Bu ilin yanvar ayında Azərbaycanda qeydə alınan intihar hadisələrinin sayı açıqlanıb.

Lakin bu il öncəki illərlə müqayisədə intihar edənlərin əksəriyyəti azyaşlıdır. Belə ki, ötən ay ölkədə 33 nəfər intihar edib.

Qeyd edək ki, bu statistika yanvarın 1-dən 27-dək olan dövrü əhatə edir.

Ötən illərlə müqayisədə hər il intihar edən uşaqların sayı artır.

Maraqlıdır, uşaqların sosial problemləri, ailə problemləri, ictimai problemləri, işsizlik və s. problemləri olmadığı halda onları intihara nə vadar edir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tanınmış psixoloq Vəfa Əkbər bildirib ki, uşaq bir ailənin fərdidir, üzvüdür:

"Əgər bir ailədə sosial problemlər, münaqişələr varsa, ailədə valideynlərdən biri özünü cəmiyyətdə ifadə edə bilmirsə, kompleksləri, psixoloji problemləri varsa, və ya ailə üzvlərindən birinin işi yoxdursa, təbii ki, bu hallar dərhal uşağa, fərdə təsir edər. Bu problemlər olduğu zaman uşaq diqqətdən, qayğıdan uzaq qalır, uşaq artıq hər bir problemi özü həll etməyə çalışır. Bəzən yaş dövrü ilə əlaqədar olaraq uşaq problemləri aşa bilmir.

Yetkinlik dövründə uşağa əvvəlkindən daha çox anlayış, nəvaziş lazımdır. Bu periodda valideynlər sadaladığımız problemlərdən hər hansısa birindən əziyyət çəkirsə, bu, valideynin gərgin olması deməkdir. Bir valideynin gərgin olması digərinə də təsir edir, beləliklə, bu zəncir davam edir və uşağa da çatır".

Psixoloq qeyd edir ki, uşaq problemlər ilə mübarizə apara bilmədikdə özünü dəyərsiz hiss edir:

"Bəzən valideynlər problemləri məişət səviyyəsinə salır və maksimum dərəcədə problemi həll etməyə çalışdıqları üçün uşağı unudurlar. Uşaq problemi ilə baş aça bilməyəndə də, əlbəttə ki, bir neçə dəfə ismarıc olaraq valideynlərə deyir, daha sonra tükənir, əhəmiyyətsiz, lazımsız olduğunu düşünür. Hesab edir ki, o, bu ailədə artıqdır. Nəticə etibarı ilə ya intihar edirlər, ya da intihara təşəbbüs edirlər".


Paylaş:


Müəllif : Tarix:
8-02-2021, 12:50
Sikayət   


loading...
Загрузка...