Valideynlər seçim qarşısında: Məktəb-bağça, yoxsa ev...? - AKTUAL
Azərbaycanda xüsusi karantin rejimi yumşaldıldı – məktəblər açıldı (növbəli rejimlə), fevralın 15-dən etibarən isə uşaq bağçaları açılacaq. Bu, əksəriyyətin arzusu idi. Amma övladını məktəbə, bağçaya buraxmağa tərəddüd edən valideynlər də var.
AYNA, bu mövzuda vətəndaşların fikirlərini öyrənmək məqsədilə, sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:
Emil Maqalov: “Ümumiyyətlə, pandemiya dövrü məktəblərin nə qədər lazımsız bir "bina" olduğunu bir daha sübut etdi. Gördüyümüz kimi, məktəblər olmadıqda da təhsil almaq mümkündür”.
Sevil Nuriyeva: “Biz psixoloqla siniflərə daxil olaraq, şagirdlər arasında sorğu apardıq. 2-ci sinif uşaqları “evdə ənənəvi dərs daha yaxşıdır” deyə bir ağızdan cavab verdilər. Və bu, bir deyil, bir neçə sinifdə qeydə alındı. Deməli, şagirdlərin çoxu ənənəvi üsulla təhsil almaq istəyir”.
Azər Kərimov: “Bir neçə gündür məktəblər açılıb. Artıq 5 müəllim və 1 şagirddə koronavirus aşkarlanıb. Bunun da mart ayındakı kimi, sərt karantin rejiminin yenidən başlamasına səbəb olacağını düşünürəm”.
Tərxan Paşazadə: “Bağçaya gedən övladım yoxdur. Məktəbə gedən övladlarım isə getməlidirlər və gedəcəklər”.
Aqil Rəhimov: “Risk etmək istəmirəm. Deyirlər, indi koronavirusun mutasiyaya uğramış versiyası yayılır. Ona görə də övladımı məktəbə buraxmaqla risk etmək istəmirəm”.
Elnur Kəlbizadə: “Məktəbə də, bağçaya da uşaqlarımız gedəcəklər. Şayiələr və biznes maraqları olmasa, heç nə olan deyil”.
Elnarə Kərimova: “Metro açılmalıdır, başqa cür övladlarımızı məktəbə apara bilmirik. Metro açılana kimi də aparmayacağıq”.
Aygün Quliyeva: “Metropolitenin fəaliyyəti bərpa olunmalıdır, sonra məktəblər açılmalıdır. Yoxsa, yollarda tıxac daha da artacaq və vaxtında dərsə və işə çatmaq mümkün olmayacaq”.
Günel Musa: “Birmənalı şəkildə övladlarımı bağçaya qoyacağam. Bir ildir bu günü gözləyirəm. Virus təhlükəsi uşaqlara aid deyil. Evdə 3 nəfər koronavirusa yoluxdu, uşaqlarıma keçmədi. Keçdisə də, hiss olunmadı”.
Bəkir Osmanoviç: “Bağçalar işləmir ki? Bəzi özəl bağçalar artıq işləyir”.
Aynur Orucova: “Birmənalı şəkildə bağçaya gedəcək övladım. 1 ildir həsrətlə bağçaların açılmağını gözləyirəm”.
Rayihə Xudiyeva: “Fevral ayında qoymamağı düşünürəm. Ancaq bunun xəstəliklə əlaqəsi yoxdur. Çünki qısa müddət sonra yenə bağçalar bağlansa, qızım çox pis olacaq. Çünki bağçanı çox sevir. Bağlananda ona pis təsir edir. Ona görə bir müddət gözləyəcəm, bağlanmasa, aparacam”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-02-2021, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-02-2021, 16:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34