“Təfəkkür” liseyində istilik problemi var? - RƏSMİ CAVAB

Artıq iki həftədir məktəblərdə əyani tədris davam edir.
İlkin mərhələdə, ibtidai siniflərin tədrisi bərpa olunub. Növbəti həftədən isə 5-9-cu siniflər məktəbə gedəcək. Lakin bəzi məktəblərdə istilik problemi ilə əlaqədar, distant təhsil davam edir.
Sumqayıt şəhərində yerləşən “Təfəkkür” liseyinin şagirdləri də hazırda onlayn təhsillərinə davam edir. Buna səbəb isə liseydə yaranmış istilik problemidir.
Belə ki, uzun müddətdir təmir olunmayan məktəb qazanxanası yararsız hala düşüb. Buna görə də məktəbdə istiliyin verilişində problem yaranıb.
Bu barədə Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu barədə müvafiq orqanların da xəbəri var:
“Hazırda dərslərin əyani davam etdirilməməsi ilə bağlı Təhsil Nazirliyinin də xəbəri var. Liseydə təmir işi gedir. İstilik sistemi anidən qoşulduğu üçün qazanxanada problem yaranıb. Növbəti həftədən əyani tədris bərpa olunacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-02-2021, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-02-2021, 16:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB