reklam
Regionxeberlericom.az » Sosial » Sayğac yenilənməsi, yoxsa “pul tələsi”?: “...Korrupsiya mənbəyidir” – Büdcəyə zərbə

reklam

Sayğac yenilənməsi, yoxsa “pul tələsi”?: “...Korrupsiya mənbəyidir” – Büdcəyə zərbə


Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi sayğaclama əməliyyatı ilə bağlı cəmiyyətdə fərqli fikir və iddialar səslənməkdədir. İnsanların bir çoxu sayğacların yenilənməsi prosesinə normal yanaşsa da, prosesi abonentlərə yönəlik “tələ” kimi təqdim edənlərə də rast gəlinir. “Azəriqaz”a qarşı ittihamların əsasında isə abonentlərin əvvəlki dönəmlərlə müqayisədə qaz sərfiyyatına daha çox vəsait ödəməsi, “normal sayğacların əsassız yerə dəyişdirilməsi” və s. kimi iddialar dayanır.

Maraqlıdır, abonentlərin qaz sərfiyyatına ötən illə müqayisədə daha çox vəsait ödəməsi həqiqətdirmi? Əgər həqiqətdirsə, bu gerçəyin arxasında hansı amillər dayanır? Doğrudanmı “Azəriqaz”İB sayğacları dəyişdirməklə abonentlərə sərfiyyatdan daha artıq pul yazan sayğaclar quraşdırır?

Mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı vurğulayıb ki, Azərbaycanda məmurların bir çoxu sovet dövründə yetişib, yəni korrupsiyaya öyrəşiblər:

“Məsələn, 1990-cı illərdə Sumqayıtda hər bir abonentə 20-30 qəpik artıq pul yazılırdı. Təsəvvür edin, yarım milyon əhalisi olan bir şəhərdə qəpikləri artıq yazmaqla nə qədər pul qazanırdılar. İndi də qaz sayğaclarının dəyişdirilməsini həyata keçirirlər.

Mən də bu prosesdən narazıyam. Qaz sayğacı normal işləyir və pul yükləmək istəyirsən, bir də görürsən ki, səndən soruşmamış sayğacı dəyişdiriblər, qoyduqları təlimat da uyğun gəlmir.

Hətta pul yükləmək də problemə çevrilir. Bunları belə əsaslandırırlar ki, guya sayğaclar bir neçə ildən bir dəyişdirilməlidir, yoxlamaq üçün aparılır və yenisi qoyulur. Ola bilsin ki, sayğac qoyulmasının özü də korrupsiya mənbəyidir.

Bir Azərbaycan vətəndaşı kimi soruşmaq istəyirəm: sayğac normal işləyirsə, onu tez-tez niyə dəyişir və dövlətin pulunu boş-boş yerlərə xərcləyirlər?”.

M.Zülfüqarlı qeyd edib ki, kommunal idarələr adətən seçkilər ərəfəsində əhalinin kommunal xərclərinə dair problemlər çıxardırlar:

“Sanki seçki ərəfəsi əhalini hakimiyyətə qarşı qaldırmaq üçün belə edir, görünməyən bir qüvvə idilər. Seçkilərin qızğın vaxtı insanların işığını kəsirdilər. Yəni burada məntiq yox idi. İndi isə böyük bir uğur əldə etmişik, qələbə çalmışıq, Prezidentin reytinqi nəinki Azərbaycanda, beynəlxalq aləmdə yüksəkdir. Sanki məmurların bu hərəkəti ölkə başçısının imicinə kölgə salmaq məqsədi güdür. Fikrimcə, cənab Prezident özü bu olanlara diqqət yetirməlidir.

Hansı məmur ki, dövlətçiliyə zidd olan hərəkətlər edir, onlar uzaqlaşdırılmalıdır. Prezident- xalq birliyinə xələl gətirən məmurlar çıxdaş edilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 15:45
Sikayət   


loading...
Загрузка...