Azərbaycanda iki peyvəndin birgə sınağına icazə verildi – DÜNYADA İLK
Azərbaycan ilk olaraq “Sputnik V” və “AstraZeneca” şirkətlərinin COVID-19-a qarşı olan peyvəndlərin birgə tətbiqi tədqiqatına icazə verdi.
Səhiyyə Nazirliyindən verilən məlumata görə “Sputnik V” peyvəndinin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı peyvəndin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.
Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus peyvəndinin hazırlanması sahəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.
Tədqiqatlar “Sputnik V” peyvəndinin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış peyvəndin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.
“Sputnik V” peyvəndi haqqında
“Sputnik V” peyvəndi insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən peyvəndlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən, bu sxem sayəsində “Sputnik V” peyvəndinin səmərəliliyi 90 faizdən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl peyvəndlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.
“AstraZeneca” şirkətinin peyvəndi haqqında
Peyvənd “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Peyvəndləmədən sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.
Qeyd edək ki, dünyada peyvəndlərin ilk birgə tətbiqi 2020-ci il dekabrın 24-də qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2021, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-02-2021, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34