reklam
Regionxeberlericom.az » Sosial » İdman zallarını açın və həftəsonu karantinini götürün: - Millət vəkili Qərargahı təcili qərar verməyə çağırdı

reklam

İdman zallarını açın və həftəsonu karantinini götürün: - Millət vəkili Qərargahı təcili qərar verməyə çağırdı


Ölkəmizdə koronavirusa yoluxma sayı günü-gündən azalmaqdadır. Artıq gündəlik yoluxanların sayı yenə ikirəqəmli olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər isə vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir.

Ölkədə son sutka ərzində 3567, hazırkı dövrədək isə 2 456 650 test aparılıb.

Məlumdur ki, pandemiya ilə əlaqədar tətbiq olunan bir sıra karantin tədbirləri vətəndaşların narazılığına səbəb olur.

Yoluxma sayı kəskin azaldığı üçün tətbiq olunan məhdudiyyətlər yumşadıla bilərmi?

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, karantin qaydaları yumşadılmalıdır:

“Həm də imkan verilməlidir ki, insanlar bir qədər fiziki immumitetlərini bərpa etsinlər. Bunun üçün idman zalları açılmalıdır. Harada ki, kütləvilik yoxdur, voleybol, basketbol zallarında idmanın bərpasına imkan verilməlidir. Çünki bu, olduqca vacibdir, insanlar idmansız qaldıqda daha çox immunitetlərini aşağı salırlar. Fikrimcə, təcili olaraq Operativ Qərargah meydançaların açılması ilə bağlı qərar verməlidir.

Onsuz da açıq meydançalarda oynayanlar da qapalı məkanda soyunub-geyinirlər, yuyunurlar. Yoluxma riski onsuz da hər yerdə var. Bu cür qapalılıq həm idman infrastrukturunu dağıdır, onlar tamamilə müflisləşmiş vəziyyətdədir, həm də insanların idman vərdişlərini azaldır”.

Həftəsonu sərt karantinin tətbiq olunması da vətəndaşlarda bir sıra narazılıqlar yaradır. Sanki həftənin beş günü pandemiya yayılmayacaq, yalnız şənbə və bazar günləri yayılacaq.

Necə hesab edirsiniz, bu məsələdə də yumşalma olmalıdırmı? Millət vəkili bu suala cavabında bildirib ki, qaydalar da aradan qaldırılmalıdır:

“Bəli, vətəndaş bundan da çox əziyyət çəkir. Həftəsonu karantini də aradan qaldırılmalıdır. Yoluxma artarsa, bunun saxlanmasını anlamaq olar. Amma indiki vəziyyətdə vətəndaşları bu cür sıxıntıda saxlamaq yalnışdır”.


Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 17:23
Sikayət   


loading...
Загрузка...